Elnur Allahverdiyev: “Qarabağ Azərbaycandır!” şüarı yaxın zamanda Şuşada, Xankəndidə səslənəcək
27.10.2020 [09:14]
“Bu gün Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşib. Ölkəmizdə yaşından, siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaş vahid amal uğrunda - Vətən uğrunda mübarizəyə qoşulub. Məhz bu birlik, milli həmrəylik Azərbaycan xalqının öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı haqq döyüşündə uğurlu qələbələr qazanmasını təmin edib”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkili bildirib ki, sentyabrın 27-dən etibarən erməni tərəfinin növbəti hərbi təxribatlarına cavab olaraq başlanılan əks-hücum əməliyyatları qısa zamanda kəndlərimizin, şəhərlərimizin, qəsəbələrimizin azad edilməsinə yol açıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin apardığı döyüş əməliyyatlarına, qazanılan uğurlara toxunan E.Allahverdiyev bildirib ki, qısa zaman kəsiyində strateji mövqelərin, yüksəkliklərin erməni işğalından azad olunması Ordumuzun gücünün göstəricisidir. Erməni silahlı birləşmələrinin öz mövqelərini atıb qaçmasına gəldikdə isə, millət vəkili onu deyib ki, işğalçı dövlət artıq məğlub olduğunu anlayıb. “Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 27-dən bu günə kimi bir çox xarici KİV-lərə verdiyi müsahibələrdə səsləndirdiyi fikirləri ilə Ermənistanın indiyə qədər apardığı yalan təbliğatı ifşa etdi. Prezidentimizin müdrik zəkası, yüksək siyasi qabiliyyəti bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki uğurlu yerini formalaşdırıb. Qeyd etmək istəyirəm ki, hərb meydanında rəzil məğlubiyyətə düçar olan düşmən informasiya müharibəsində də diz üstə çökdürülüb. Bu gün dünyanın bütün aparıcı media orqanları Azərbaycan Prezidentinin fikirlərinə yer ayırır, Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu amil müasir dövrdə ən vacib elementlərdəndir. Azərbaycan bir daha yerləşdiyi regionun lider dövləti olduğunu, böyük bir coğrafiyanın aparıcı iqtisadi, siyasi və hərbi aktoruna çevrildiyini təsdiqləyir”, - deyən E.Allahverdiyev onu da əlavə edib ki, bədnam və faşist ideologiyasına xidmət edən Ermənistan bütün cəbhələrdəki açıq məğlubiyyətini gizlətmək üçün dinc əhalini hədəfə alır, yaşayış məntəqələrimizə hücumlar təşkil edir. Gəncə şəhərinə edilən xain raket hücumları nəticəsində günahsız körpələrin qətlə yetirildiyini, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Füzuli rayonlarının, Mingəçevir şəhərinin mütəmadi olaraq ağır artilleriya və ballistik raketlərlə atəş altında saxlanıldığını, cəbhə xəttindən olduqca uzaqda yerləşən Qəbələ, Kürdəmir rayonlarının hədəfə alındığını diqqətə çatdıran millət vəkili bu faktların Ermənistanın terrorçu mahiyyətindən xəbər verdiyini də xatırladıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qətiyyətli inamını ifadə edən E.Allahverdiyev Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının yaxın zamanlarda Şuşada, Xankəndidə səslənəcəyini deyib.
Pərviz
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

