/ / Anar Məmmədov: Ermənistanın növbəti dəfə atəşkəsi pozması onun təcavüzkar xislətinin göstəricisidir
Anar Məmmədov: Ermənistanın növbəti dəfə atəşkəsi pozması onun təcavüzkar xislətinin göstəricisidir
03.11.2020 [09:23]
“İşğalçı Ermənistanın terrorçu siyasət yürütməsi, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduqlarını açıq-aydın göstərir. Azərbaycan tərəfi isə hər zaman üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu, bu öhdəliklərə sadiqliyini bəyan edir. Ölkəmiz üçüncü dəfə də vasitəçilərin humanitar atəşkəsə çağırışına biganə qalmadı, çağırışı edənlərə bir daha etimad göstərdi. 26 oktyabr səhər saat 08:00-dan humanitar atəşkəs razılığı elan olundu. Rəsmi məlumatlara əsasən, Ermənistan bu dəfə də razılığı pozaraq mülki əhalimizə və yaşayış məntəqələrinə hücumlar edib və hazırda da atəşkəsi pozmaqda davam edir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, yeni humanitar atəşkəs razılaşmasının pozulması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin barbarlığının növbəti bariz göstəricisidir. Dinc əhaliyə atəşin açılması beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistan tərəfi istər birinci Qarabağ müharibəsində, istərsə də indiki müharibədə atəşkəs rejiminə əməl etməyib. Bununla da, regionda təxribatçılıq, terror ilə məşğul olan ermənilər bir daha bütün dünya üçün təhlükə mənbəyi olduqlarını sübut edirlər.
Millət vəkilinin sözlərinə görə, bu gün baş verənlərin bütün məsuliyyəti şəxsən Paşinyanın üzərindədir: “Məqsədli şəkildə, müxtəlif Qərbyönümlü dairələrin, birbaşa isə Sorosun köməkliyi ilə hakimiyyətə gələn Paşinyan erməni xalqına həddən artıq iztirab gətirib. O, xaricdəki ağalarının diktəsi ilə hərəkət edərək öz ölkəsini uçuruma aparır. Buna görə də, tez bir zamanda ermənilər öz utanc gətirən “liderləri” olan Paşinyanı məsuliyyətə cəlb etməlidirlər. Həmçinin bu günədək Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar və qətliamlara, dinc əhaliyə qarşı törətdikləri terror aktlarına, Xocalımıza, Şuşamıza, Qarabağımıza, digər işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklərə, vandalizmə görə xalqımızdan üzr istəməlidirlər. Eyni zamanda, bütün beynəlxalq təşkilatlar regionda sülh və sabitliyə ciddi təhlükə yaradan erməni hakimiyyətinin təxribatçı əməllərinə qarşı mənfur düşmənin işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, işğalçını hüquqa, humanitar öhdəliklərə əməl etməyə məcbur etməlidir. Əks halda, Azərbaycanın şücaətli, yenilməz ordusu öz gücünü göstərərək hərb meydanında düşməni bundan sonra da ağır məğlubiyyətə düçar edəcək”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

