Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə nümayəndə heyəti ilə görüşüb
04.11.2020 [09:48]
Noyabrın 3-də Türkiyənin Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları salamlayıb və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: “Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.
“Azərbaycan və Türkiyə xalqları tarixən bir yerdə olublar. Bu gün də bir yerdədirlər və eyni mövqedən çıxış edirlər”, - deyən Ali Məclisin Sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Naxçıvan Muxtar Respublikasına səfəri bir millətin iki dövlətinin göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bir daha qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib.
Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək deyib: “Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan bütün əsgərlərimizə qələbə arzulayır, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara cansağlığı diləyirəm. Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri vardır. Naxçıvan Anadolunun türk dünyası ilə əlaqəsi olan önəmli muxtar respublikadır. Biz Naxçıvanı türk dünyasına açılan qapı olaraq görürük. Ona görə də Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk. Bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildi. Bu qərarlardan biri də Naxçıvana Qars üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı oldu”.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim edib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının Türkiyə Parlamentindəki fraksiyasının sədri Cəlal Adan və Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

