Sonun başlanğıcı, yaxud Paşinyanın “demokratiya” imitasiyasının fiaskosu
13.11.2020 [22:56]
Məğlub Ermənistanın baş naziri qurduğu diktatura rejimini qorumaq üçün kütləvi repressiyalara start verib
Məlum olduğu kimi, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğramış işğalçı Ermənistanda hakimiyyət böhranı baş verir. Paşinyan hökumətinin istefası tələbi ilə kütləvi etiraz aksiyaları davam edir. Bu etirazların qarşısını almaq üçün baş nazir Nikol Paşinyan onu ittiham edən bütün müxalifət liderlərini və mitinq iştirakçılarını həbs etdirir. Bu da Ermənistan hakimiyyətinin iç üzünü bir daha ortaya qoyur. Bir sözlə, baş nazir Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib.
İkili standartların növbəti nümunəsi və ya Qərb niyə susqundur?
Yeri gəlmişkən, burada maraqlı məqamlardan biri də odur ki, əgər bu gün işğalçı Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bəyanat verməyən insan hüquqlarını müdafiə edən heç bir təşkilat qalmamışdı. Amma Ermənistanda müxalifətin əzilməsi və sıradan çıxarılması Qərbdə qəribə bir susqunluqla qarşılanır. Bu zaman müşahidə edilən ikili standartlar, ədalətsizlik, selektiv münasibət haqlı olaraq suallar yaradır. Ən azı ona görə ki, feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələbinə görə həbsi barədə Azərbaycan Prezidenti İlham Əliyevə sual verənlər bu gün Ermənistandakı kütləvi həbslər, təqiblər qarşısında heç nə baş verməmiş kimi davranırlar.
Digər tərəfdən, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanların, onu sifariş edənlərin əsl simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, utanc hissi duymadan əllərindən gələni edirlər. Belə ki, Bərdə, Gəncə şəhərlərində və Azərbaycanın digər yaşayış məntəqələrində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə, Azərbaycana və onun dövlət başçısına qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.
Qeyd edək ki, hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs etdirən, digərinə qarşı cinayət işi açdıran, aparıcı müxalifət partiyasının sədri, deputat Q.Çarukyanı həbs etdirən Paşinyanın bu davranışı yenə Qərb dairələrini narahat etməyib. Bu cəzasızlıq Paşinyanın daha böyük cinayətlərə rəvac verməsinə yol açıb və onların sırasına hərbi cinayətləri də əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb.
Siyasi qarşıdurma şiddətlənir, ziddiyyətlər dərinləşir
Yeri gəlmişkən, Paşinyanın antidemokratik addımları müharibə zamanı da davam edib. Rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb. Ancaq beynəlxalq jurnalist təşkilatları Paşinyanın bu əməli qarşısında yenə də susublar.
Ən nəhayət, müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Belə ki, Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda müxalifət liderləri saxlanılıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur.
Beləliklə, Ermənistanda Paşinyan rejiminin qurduğu diktatura artıq iflasa uğrayır. Bunu labüdləşdirən isə Paşinyanın ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırmaqla, onlara təzyiq və təhdidlər göstərməyə çalışmaqla bir daha antidemokratik simasını ortaya qoymasıdır. Müşahidəçilərin fikrincə, bu gün regionda baş vermiş müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24

