Arzuman Abdulkərimov: Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan qələbəyə nail oldu
27.11.2020 [09:02]
“44 günlük Vətən müharibəsi Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Müzəffər Ali Baş Komandan başda olmaqla rəşadətli Ordumuz işğalçı Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbəni şərtləndirdi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbəni siyasi-diplomatik müstəviyə daşıdı”. Bu fikirləri qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov bildirib ki, ölkəmiz ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət nəticəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü qələbəyə nail oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və bütün ərazilərimiz erməni işğalından azad edildi. Ermənilərin illərlə planlaşdırdığı Dağlıq Qarabağda dövlət yaratmaq arzusu alt-üst edildi. Bununla bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, həmin ərazilərimizdə olan bütün inzibati binalarda yalnız Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaq, yalnız Azərbaycan Respublikasının qanun və normativ hüquqi aktları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, azad olunmuş bütün torpaqlarımızda Azərbaycan polisi xidmət göstərəcək.
Onun sözlərinə görə, bu qələbə ilə ermənilərin uzun illər işğal altında saxladıqları 132 kilometrlik Azərbaycan-İran sərhədi də azad edildi. Eyni zamanda, Azərbaycan üçün çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikası ilə bütün kommunikasiya xətləri bərpa ediləcək, Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti mövcud olacaq, onu da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qoruyacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

