Adil Əliyev: 2020-ci il tariximizin ən şanlı səhifəsidir
31.12.2020 [10:07]
2020-ci ilin əvvəllərindən dünyada baş verən pandemiyanın təsirləri təəssüf ki, ölkəmizdən də yan keçmədi. COVID-19 infeksiyasının yaratdığı pandemiya şəraiti dünyada formalaşmış qaydaların dəyişməsi ilə nəticələndi. Pandemiyanın dünya iqtisadiyyatını çökdürməsinə və ölkələrin bir çoxunun asılı vəziyyətə düşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə vaxtında atılan doğru addımlar nəticəsində koronavirusun ölkəmizə təsirləri minimuma endirildi. Bunun nəticəsidir ki, iqtisadi inkişafın əsas göstəricilərini müəyyən edən “Doing Business-2020” hesabatında ölkəmiz ən islahatçı 20 ölkə sırasına daxil edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Pandemiyanın yaratdığı ən ciddi problemlərdən birinin tibbi maska və tibbi ləvazimatların çatışmazlığı olduğunu deyən A.Əliyev bildirib: “Tibbi maska çatışmazlığının qarşısını almaq məqsədilə regionda ilk olaraq ölkəmizdə tibbi maska istehsal edən müəssisə açıldı, dərhal modul tipli xəstəxanalar quraşdırıldı, tibbi heyətin təkmilləşdirilməsi, həmçinin bütün növ tibbi avadanlıqlar və dərman vasitələrinin təmin olunması nəticəsində Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi xəstəliyə qarşı ən yaxşı və sistemli mübarizə aparan ölkə olaraq seçdi”.
Milli Məclis sədrinin müavini qeyd edib ki, pandemiya dünyada tibbi sahə ilə yanaşı, sosial, xüsusilə təhsil, məşğulluq və digər sahələrdə də çətinliklər yaratdı. Pandemiyanın yayılması ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi zamanı vətəndaşlarımızın evdə qalmasına görə dövlət tərəfindən onlara maddi yardımların verilməsi təmin olundu. Həmçinin təhsil alanların təhsil prosesindən kənarda qalmaması məqsədilə qısa müddət ərzində distant təhsilə keçid, təhsilin proqram təminatı yaradılana qədər televiziya vasitəsilə teledərslərin keçirilməsi nəticəsində pandemiyanın bu sahəyə vura biləcəyi zərər minimuma endirildi.
“2020-ci il Azərbaycan xalqı üçün Zəfər tariximizin ən şanlı səhifəsi oldu. Ermənistanın 2020-ci ilin iyunundan etibarən bir neçə ay ərzində törətdiyi ardıcıl təxribatların qarşısı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən qətiyyətlə alındı. Ermənistana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğalçı ölkə öz təcavüzkar siyasətindən əl çəkmədi. Nəticədə Ali Baş Komandanın “İrəli!” əmri ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı başlandı. Hansı ki, bu hərbi əməliyyat təkcə bizim deyil, istifadə edilən taktika və texnika baxımından dünyanın hərb tarixində yeni bir səhifə oldu. Qəhrəmanlarımız döyüş meydanında böyük şücaət göstərərək Ermənistana məxsus olan texnikaları məhv etməklə, bir çox texnikanı qənimət olaraq ələ keçirməklə, habelə erməni hərbi qulluqçularını əsir götürməklə Ermənistan ordusunu darmadağın etdilər”, - deyən Adil Əliyev vurğulayıb ki, bu müharibə dövründə qəhrəmanlarımızla yanaşı, hamımız cəbhədə idik. Xalqımız Prezident İlham Əliyevin “Bir birlikdə güclüyük!” şüarını rəhbər tutaraq istər ön cəbhənin təminatında, istərsə də informasiya meydanında düşmənə sarsıdıcı zərbələrin vurulması, habelə Ermənistanın törətdiyi vəhşiliklərin dünyaya çatdırılması istiqamətində üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldi.
Milli Məclis sədrinin müavini deyib: “44 gün davam edən müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı və düşmən ağ bayraq qaldıraraq təslim olmağa, habelə kapitulyasiya aktı imzalamağa məcbur oldu. İmzalanmış bəyanat bizim müharibədə və diplomatiyadakı Qələbəmizin əyani təcəssümüdür. Bu sənədin şərtləri əsasında erməni qoşunları Ağdam şəhəri və ətraf kəndlərdən, Kəlbəcər və Laçın rayonlarından çıxarıldı, bir güllə belə atmadan əzəli və əbədi torpaqlarımıza qovuşduq. Diplomatik qələbəmiz isə təbii ki, döyüş meydanında Ordumuz tərəfindən qazanılmış Zəfərlə dövlətimizin başçısının dünyaya nümayiş etdirdiyi qətiyyətin vəhdəti sayəsində mümkün oldu. Sənəddə nəzərdə tutulmuş və Naxçıvanla Azərbaycanın uzun illərdən sonra quru yolu ilə birləşməsini təmin edəcək məqam isə çox mühüm idi”.
Adil Əliyev diqqətə çatdırıb ki, diplomatik qələbəmizdə həm də hazırda rəhbərlik etdiyimiz, dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi olduqca vacib idi. Xarici ölkələrlə qurulan əlaqələr, diplomatik müstəvidə aparılan danışıqlar erməni xislətini özlərində əks etdirən dövlətlərin bizə qarşı atmaq istədiyi addımların qarşısını qətiyyətlə aldı.
2020-ci il Azərbaycan xalqının həmrəyliyini bütün dünyaya göstərdi. 2021-ci ildə isə bizi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması kimi böyük hadisə gözləyir.
Qazanılmış tarixi Zəfər, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə xalqımızı təbrik edir, hər zaman Prezident İlham Əliyevin ətrafında belə sıx birləşməsini arzu edirəm.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

