Rauf Əliyev: Azərbaycanın dünyanın 10 ən islahatçı ölkəsi sırasında yer alması böyük uğurdur
13.01.2021 [09:46]
“Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən müsbət meyillər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu nüfuzlu beynəlxalq qurumların, reytinq agentliklərinin yaydıqları hesabatlardan da aydın şəkildə görmək mümkündür. Həmin hesabatlarda Azərbaycanın mövqeyi ilbəil ardıcıl şəkildə yaxşılaşır”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev ifadə edib.
R.Əliyev fikirlərini əsaslandırmaq üçün konkret misallara istinad edib. O, bildirib ki, Dünya Bankının son hesabatı, həmçinin nüfuzlu Davos İqtisadi Forumunun dəyərləndirmələri təsdiqləyir ki, milli iqtisadiyyatımız 2020-ci ildə də dayanıqlılığını qoruyub saxlayıb. Məlum olduğu kimi, ötən il qlobal pandemiya səbəbindən dünya ölkələri üçün çətin keçib. Dünya miqyasında iş və xidmətlərə tələbat azalıb, insanların əmək bazarına inteqrasiyası məhdudlaşıb. Pandemiya şəraitində ayrı-ayrı ölkələr sosial-iqtisadi inkişafla bağlı proqramlarını ixtisara salmaq məcburiyyətində qalıblar. Azərbaycan isə pandemiya şəraitində iqtisadi subyektlərə dəstək tədbirləri reallaşdırıb, həmçinin təxminən 5 milyon insanı əhatə edən geniş sosial proqram həyata keçirib. Azərbaycan dünya üzrə pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanlar hesabına qarşılayan azsaylı ölkələrdən biridir. Ölkəmiz, həmçinin beynəlxalq həmrəyliyə töhfə vermək ənənəsinə sadiq qalaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar ianə ayırıb və 30-dan çox ölkəyə dəstək göstərib. “Bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təsdiqləyir ki, bu da beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankının yenidən hesablanmış “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə yüksəlməsi, 10 ən islahatçı ölkə sırasına daxil edilməsi böyük nailiyyətdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə respublikamızda aparılan müasir infrastruktur quruculuğuna yüksək qiymət verilib. Belə ki, respublikamız dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə 11-ci yerə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerə, avtomobil yollarının keyfiyyəti göstəricisinə görə 24-27-ci yerlərə layiq görülüb. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. İnklüziv inkişaf indeksi üzrə isə Azərbaycan üçüncü yerdə qərarlaşıb”, - deyə R.Əliyev bildirib.
Milli Məclisin deputatı R.Əliyev qeyd olunan sosial-iqtisadi inkişaf göstəricilərinin ölkəmizdə aparılan məqsədyönlü, düzgün siyasətin nəticəsində qazanıldığını bildirib. O, qeyd edib ki, son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik ölkə kimi tanınır. Hazırda Azərbaycan iqtisadiyyatının maliyyə təminatı yüksək səviyyədədir. Milli iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20

