Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Asim Mollazadə: Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələr və ümumbəşəri həmrəylik təşəbbüsləri təqdirəlayiqdir

Asim Mollazadə: Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələr və ümumbəşəri həmrəylik təşəbbüsləri təqdirəlayiqdir

05.02.2021 [09:19]

“Məlum olduğu kimi, 2020-ci ildə bütün dünya yeni növ koronavirus (COVID-19) infeksiyası bəlası ilə üzləşdi. Ölkəmizdə ötən bir il ərzində pandemiya ilə mübarizədə uğurlu siyasət aparılması, bu prosesin beynəlxalq təşkilatların protokollarına uyğun olaraq elmi-praktik əsaslarla və planlı şəkildə yürüdülməsi öz effektini verdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, Cənubi Qafqazda ilk olaraq Azərbaycanın vaksinasiya prosesinə start verməsi ölkəmizin pandemiya ilə mübarizədə növbəti uğurudur: “Artıq risk qrupundan olan peşə sahiblərinin vaksinasiya prosesi davam edir. Mən də yaşadığım əraziyə uyğun olaraq vaksinasiyadan keçdim. Hesab edirəm, indiki vaxtda vaksinasiya zəruridir. Müvafiq yaş qruplarından olan vətəndaşlarımıza da tövsiyə edirəm ki, peyvəndin mənfi təsirləri barədə şayiələrə və yalan məlumatlara inanmasınlar. İnanıram ki, məhz uğurlu vaksinasiya prosesi sayəsində Azərbaycan bu bəladan xilas olacaq”.
A.Mollazadə onu da əlavə edib ki, pandemiya dövründə Azərbaycan dövləti yalnız öz vətəndaşlarının deyil, beynəlxalq tərəfdaşlarının da qarşısında məsuliyyətli addımlar atıb: “Azərbaycan Prezidenti ölkəmizin sədrlik etdiyi beynəlxalq təşkilatlarda mühüm işlər görüb. Belə ki, məhz Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirilib. Eyni zamanda, Azərbaycan sosial və maddi problemlərlə üzləşmiş 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verib. Düşünürəm ki, Azərbaycan Prezidentinin pandemiya ilə mübarizəyə verdiyi töhfələr və ümumbəşəri həmrəylik təşəbbüsləri təqdirəlayiqdir”.
Q.ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 736 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31