/ / Elşən Musayev: Revanşist qüvvələrin Azərbaycana qarşı növbəti təxribat niyyətləri iflasa məhkumdur
Elşən Musayev: Revanşist qüvvələrin Azərbaycana qarşı növbəti təxribat niyyətləri iflasa məhkumdur
26.02.2021 [08:58]
“Ermənistanda revanşist qüvvələrin Azərbaycana qarşı növbəti təxribat niyyətləri əvvəlcədən iflasa məhkumdur. Müharibədən öncə də Ermənistanda çox ağır böhran vəziyyəti yaşanmışdı, sosial-iqtisadi, ictimai-siyasi sahədə böyük problemlər mövcud idi. Həm müharibə, həm də koronavirus bu vəziyyəti daha da ağırlaşdırdı”. Bu fikirləri açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
Elşən Musayev bildirib ki, hazırda Ermənistanda bütün sahələrdə vəziyyət kəskin ağırlaşıb. Eyni zamanda, Ermənistanda mənəvi-psixoloji durum da çox ağırdır. Çünki 44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı qələbəsi və Ermənistanın rüsvayçı kapitulyasiyası ölkəni diz üstə çökdürüb və bu ağır məğlubiyyət yükünü nəinki bugünkü Ermənistan, ümumiyyətlə, gələcək nəsilləri də daşıyacaq. Ermənistan bu şok vəziyyətindən uzun illər çıxa bilməyəcək. Bu da təbii ki, Ermənistanın 30 ilə yaxın apardığı işğalçılıq siyasətinin nəticəsidir.
Partiya sədrinin sözlərinə görə, Ermənistan rəhbərləri öz orduları haqqında miflər yaradırdılar, əfsanələr qururdular, onlar bu müddət ərzində əhalini aldadır, məğlubedilməz ordunun olduğuna inandırmağa çalışırdılar: “Onlar istəklərini reallıq kimi qəbul ediblər, ancaq 44 günlük müharibə ərzində gördülər ki, onların arzu etdikləri, düşündükləri ordu reallıqda yoxdur. Bu gün Ermənistanda artıq rəhbərlik səviyyəsində də etiraf olunur ki, müharibə dövründə 10 mindən çox fərarilik halı qeydə alınıb. Azərbaycan Ordusunda isə heç bir fərarilik halı qeydə alınmamışdı. Ermənistanda tam şəkildə səfərbərlik elan edilmişdi, Azərbaycan isə qismən səfərbərlik etməklə müharibədə zəfər qazandı”.
“Ermənistanda revanşist qüvvələr bilməlidirlər ki, onların bu iddiaları absurddur. Ermənistanın hər hansı müharibə etməyə heç bir imkanı yoxdur və yeni müharibə isə sadəcə Ermənistanın məhvi deməkdir. Təbii ki, onların bu cür absurd iddiaları iflasa məhkumdur. Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlayıb və qısa müddət ərzində həmin bölgə çiçəklənən bir diyara çevriləcək. Ermənistanın isə çıxış yolu yalnız reallığı qəbul edib regionda əməkdaşlığa qoşulmaq və böhran vəziyyətindən çıxmağa çalışmaqdır. Ermənistanın başqa alternativ yolu yoxdur”, - deyə o bildirib.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

