Başlıbel faciəsi erməni vandalizminin daha bir nümunəsidir
20.04.2021 [08:53]
Məlum olduğu kimi, ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə qətliamlar törədilib. Erməni vandallarının xalqımıza qarşı vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu faciədən artıq 28 il ötür.
Qeyd edək ki, Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini dağlara sığınıb, kahalarda gizləniblər. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə işğalçı erməni hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq gecələr dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən rayonunun ərazisinə keçə biliblər. Amma 1 nəfər - Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur. Ümumilikdə, kəlbəcərlilər doğma torpaqlarının müdafiəsi üçün qəhrəmanlıqla mübarizə aparıblar.
Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin, onun kəndlərindən biri olan Başlıbelin ermənilər tərəfindən işğal olunması AXC-“Müsavat” hakimiyyətinin səriştəsiz və xəyanətkar siyasətinin nəticəsi idi. Vahid komandanlığın olmaması, düşmənə qarşı mübarizədə düzgün taktikanın seçilməməsi, ən əsası, vəzifə davası belə ağır hadisələrin baş verməsinə səbəb olurdu. Digər tərəfdən, AXC-“Müsavat” hakimiyyəti dinc insanları qorumaq, onların təhlükəsizliyini təmin etmək üçün addımlar atmadı.
Ümumiyyətlə, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşirdi. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə azərbaycanlılardır. İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub.
Bütövlükdə, Başlıbel faciəsi ermənilərin Xocalı, Ağdaban, Qaradağlı və Ballıqayada törətdikləri qətliamlarla sinxron təşkil edir. Dinc sakinlərin - uşaq, qadın, qoca demədən hər kəsin vəhşiliklə qətlə yetirilməsi erməni faşizminin xarakterini özündə ehtiva edir. 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən Gəncə, Tərtər və Bərdəyə raket hücumlarının edilməsi və bu hücumlar nəticəsində çoxlu sayda dinc insanın qətlə yetirilməsi də erməni vandalizminin əyani göstəricisidir.
Xatırlatmaq lazımdır ki, 44 günlük Vətən müharibəsində məğlub olan işğalçı Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur olub. 10 noyabr birgə Bəyanatına əsasən, ötən il noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi Azərbaycana təhvil verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

