Tural Abbaslı: Azərbaycanın dünyaya multikultural yaşam mesajı verməsi təqdirəlayiqdir
27.05.2021 [09:26]
“Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı mədəniyyətin təbliği baxımından mühüm bir hadisə olmaqla yanaşı, həm də siyasi bir aksiya kimi qiymətləndirilməlidir. Adətən, bu tipli tədbirlərdə bütün istiqamətlərdə - dünyaya da, daxili auditoriyaya da, dosta-düşmənə də mesajlar verilir. Bu mənada, “Xarıbülbül” festivalı da olduqca mühüm mesajların səslənməsi ilə fərqləndi. Ən mühüm mesajlardan biri isə Azərbaycanda yaşayan müxtəlif milli-etnik mənsubiyyətə malik millətlərin nümayəndələrinin orada iştirakı və çıxışı oldu. Xatırlamaq lazımdır ki, hələ 44 günlük Vətən müharibəsi dövründə ermənilərin apardığı təxribatlardan biri də məhz ölkəmizdə milli ayrı-seçkilik salma cəhdləri idi. Nəzərə alsaq ki, bu gün dünyada, Avropanın özündə milli diskriminasiya halları yenidən cücərməkdədir, Azərbaycanın dünyaya multikultural yaşam mesajı verməsi təqdirəlayiqdir. Bu mesaj ölkəmizin mədəni sahədəki gücündən və tolerantlığından xəbər verir. Biz də bu məsələni təqdir edirik və dəyərləndiririk”.
Bu fikirləri açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. İşğaldan azad edilmiş regionlarda aparılan uğurlu bərpa və quruculuq işlərinə də toxunan T.Abbaslı vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması olduqca vacib amildir və burada bir sıra məqamlara diqqət yetirilməlidir. Onun sözlərinə görə, aparılan bərpa prosesini həm də Qarabağ savaşının ikinci mərhələsi adlandırmaq olar və Azərbaycan burada bir nümunə göstərməli, fərq ortaya qoymalıdır: “Ermənistan 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm aktı törədib. Evlər, infrastruktur tamamilə dağıdılıb, hətta insanların məzarları belə təhqir edilib. Azərbaycan qısa müddətdə bu torpaqlara bir yaşam nəfəsi qaytarıb. Biz bərpa prosesi ilə yanaşı, həm də ermənilərin vəhşiliyini dünyaya nümayiş etdirməliyik. Nəticə etibarilə, inanırıq ki, bu torpaqlar qısa zamanda Azərbaycanımızın ən inkişaf etmiş gözəl guşələrinə çevriləcək. Bu da digərlərinə bir mesaj olacaq”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45

