Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənir
27.05.2021 [09:33]
Ekspertlərin fikrincə, 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan məktublarda yer alan fikirlər bir daha ölkəmizin müasir beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan son illərdə apardığı uğurlu xarici siyasət kursu nəticəsində istər aparıcı beynəlxalq təşkilatlarla, istərsə də böyük dövlətlərlə mühüm əməkdaşlıq əlaqələri yaradıb. Təsadüfi deyil ki, bu gün dünyada sülhün və təhlükəsizliyin təmini istiqamətində gedən proseslərdə yer alan, eləcə də COVID-19 pandemiyasına qarşı qlobal mübarizənin təşkilində əsaslı rol oynayan Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlər tərəfindən yaxın tərəfdaş qismində qəbul olunur. Bu faktı 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan məktublarda yer alan fikirlər də təsdiqləyir. Ekspertlərin fikrincə, 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan məktublarda əks olunan fikirlər bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri qismində istər COVID-19 pandemiyasına qarşı qlobal mübarizənin təşkilində, istərsə də vaksinasiya ilə bağlı ortaya çıxan problemlərin həllində əhəmiyyətli rolunu ortaya qoyub. Millət vəkili deyib ki, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər bütün dünyada böyük rəğbətlə qarşılanıb: “Sonrakı mərhələdə cənab Prezidentimizin vaksinlərin ədalətli bölünməsi məsələsində tutduğu mövqe Azərbaycanın dünyada bərabərliyin tərəfdarı olduğunu bir daha sübuta yetirdi. Fikrimcə, dünya dövlətlərinin liderlərinin 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanladıqları məktublarda Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn təşəbbüslərinin yüksək dəyərləndirilməsi də bu uğurlu fəaliyyətə əsaslanır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin öz məktubunda “bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir” kimi fikir işlətməsi, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda COVID-19 pandemiyasına qarşı birgə mübarizədə əldə olunan nəzərəçarpacaq nəticələrdən bəhs etməsi bunun bariz sübutudur”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də dünya liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə ünvanladıqları təbriklərində Azərbaycanın regional proseslərdə oynadığı rolun bütün mənzərəsini görməyin mümkün olduğunu dilə gətirib. Onun sözlərinə görə, 30 illik tarixi olan bir dövlət üçün qısa müddət ərzində belə bir mövqe qazanmaq şübhəsiz ki, çox çətindir. Onun fikrincə, bu uğurlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti və qlobal proseslərdə oynadığı rol nəticəsində nail olunub: “ABŞ prezidenti Co Bayden tərəfindən Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və beynəlxalq missiyaya verdiyi dəstək qeyd olunur. Çin Xalq Respublikasının sədri Si Cipenin məktubunda isə Azərbaycanın “Bir kəmər və bir yol” layihəsində iştirakı və nəqliyyat dəhlizlərinin reallaşdırılmasında oynadığı rol xüsusi olaraq qeyd edilir. Bu da Prezident İlham Əliyevin yürütdüyü siyasətin nə qədər çoxşaxəli olduğunu və beynəlxalq münasibətlər sisteminin bütün istiqamətləri üzrə Azərbaycanın rolunu bir daha təsdiqləyir. Bu baxımdan düşünürəm ki, həmin məktublar həm də Azərbaycanın qlobal proseslərdə oynadığı rola verilən qiymətdir. Bu, ölkəmizin mövqeyinin və Azərbaycan Prezidentinin nüfuzunun ifadə olunmasıdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

