Təbii fəlakətin yaratdığı problemlər aradan qaldırılır
20.05.2010 [10:07]
Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə sahilyanı rayonlara daşqın və selin vurduğu ziyan aradan qaldırılır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında və hökumətin çevik tədbirləri daha böyük faciələrin baş verməsinin qarşısını alıb. Qeyd edək ki, Prezident İlham Əliyev təbii fəlakət baş verən zaman dərhal müşavirə keçirərək görüləcək işlərlə bağlı göstəriş və tapşırıqlarını verdi. Bundan bir neçə gün sonra isə dövlətimizin başçısı təbii fəlakət zonasına baş çəkərək görülən işlərlə yerində tanış oldu, əhalinin problemləri ilə maraqlandı. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması, onun daha böyük faciələrə səbəb olmaması üçün lazımi tədbirlər görülür, insanların köçürülməsi, onların müvəqqəti məskunlaşdırılması, yeməklə, ərzaqla, tibbi xidmətlə təmin edilməsi məsələləri operativ şəkildə həll olunur. Bütün müvafiq dövlət strukturlarının birgə və çevik fəaliyyəti nəticəsində təbii fəlakətdən zərər çəkmiş bölgələrdə vəziyyət normallaşmaqdadır. Bunu həmin rayonlarda görülən işlər və hazırda mövcud olan stabil durum da sübuta yetirir.
İmişlidə təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılması üçün bütün zəruri
işlər görülməkdədir
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Kür çayının Sabirabad rayonunun Muradbəyli kəndi ərazisində mühafizə zolağını yararaq İmişli rayonu ərazisində yerləşən Sarısu gölünə daxil olması nəticəsində göl öz məcrasından çıxaraq təxminən 10 km məsafədə Baş Mil-Muğan kollektoruna, 11 km məsafədə İmişli - Kürdəmir magistral avtomobil yoluna, 9 km məsafədə isə Telişli, Allahmədətli və Əlyetməzli kəndlərinə ciddi təhlükə yaratmışdı. Lakin görülən tədbirlər nəticəsində təhlükənin böyüməsinin qarşısı alınıb. İmişli rayon fövqəladə hallar komissiyasının rəhbəri, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayevin sözlərinə görə, hazırda rayonun Kür çayı sahilində yerləşən bütün kəndlərində bəndbərkitmə işləri həyata keçirilməkdədir. Eyni zamanda, rayonun Allahmədətli, Perişli, Məmmədli, Əlyetməzlər kəndlərində də əhalinin köçürülməsi işləri həyata keçirilib. S.Ağayev dövlətimiz tərəfindən daşqından əziyyət çəkən əhali üçün ən zəruri addımların atıldığını da vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə daşqın bölgəsində keçirilən müşavirədə verilmiş olan tapşırıq və göstərişlər bu gün yüksək səviyyədə icra olunmaqdadır: “Kür və Araz çaylarında suyun səviyyəsi durmadan artmaqdadır. Buna baxmayaraq, dövlətin bütün güc strukturları və aidiyyəti qurumlar hadisə bölgəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Daşqın bölgəsində Fövqəladə Hallar və Müdafiə nazirliklərinin, Sərhəd Qoşunlarının şəxsi heyəti yerli əhali ilə birlikdə bəndbərkitmə işlərində yaxından iştirak edir. Eyni zamanda, təbii fəlakətin yaratmış olduğu problemlərin də aradan qaldırılması üçün zəruri işlər görülməkdədir”.
Saatlı rayonunun ərazisindəki bəndlərdə heç bir dağılma baş verməyib
Təbii fəlakətin ziyan vurduğu rayonlarımızdan biri olan Saatlıda da fəsadların aradan qaldırılması üçün fasiləsiz və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev rayonun Kür və Araz çayları sahilində yerləşən kənd və qəsəbələrində təbii fəlakət ilə əlaqədar olaraq əhalinin evakuasiya olunduğunu söyləyib. Həmçinin, rayonun Novruzlu, Dəlilər, Nərimanov, Musalı, Hacıqasımlı, Kamallı, Nahallı kəndlərində bəndbərkitmə işləri görülməkdədir: “Rayonun sel daşqınlarından əziyyət çəkən bütün kənd və qəsəbələrində zəruri işlər görülür və vətəndaşların vacib ehtiyaclarının ödənilməsi üçün dövlətimiz tərəfindən ən prinsipial addımlar atılmaqdadır. Bununla yanaşı, selin yaratmış olduğu təhlükə nəticəsində kənd və qəsəbələrdən vətəndaşların daha təhlükəsiz yerlərə köçürülməsi təmin edilib, onlar üçün çadır şəhərcikləri salınıb. çadır şəhərciklərində sel daşqınları nəticəsində köçürülmüş vətəndaşlar üçün isti yemək, yataq, geyim ləvazimatları və digər zəruri ehtiyacların ödənilməsi üçün hər cür şərait yaradılıb”.
Lütvəli Şıxəliyev az bir zaman çərçivəsində Kür və Araz çaylarının yaratmış olduğu sel təhlükəsinin tamamilə aradan qalxacağını və ev-eşiyindən köçürülmüş rayon sakinlərinin öz evlərinə qaytarılacağını da bildirib. Onun sözlərinə görə, Azərbaycan özünün malik olduğu bütün imkanlardan istifadə edərək qarşıya çıxan problemlərin həllinə nail olmaq iqtidarındadır. Amma bu işlərə kölgə salmağa çalışan şəxslərin düşmən dəyirmanına su tökdüyünü bildirən YAP Saatlı rayon təşkilatının sədri müxalifət nümayəndələrini su basmış rayonlarda dövlətimizin öz vətəndaşları üçün gördüyü işlərə baxmağa dəvət edib. “Bəzi qüvvələrin Saatlıda kəndlərin su altında qalması haqqında iddiaları əsassızdır. Rayon ərazisindəki bəndlərdə heç bir dağılma baş verməyib” - deyə L.Şıxəliyev vurğulayıb.
Sabirabadda bəndbərkitmə işləri yekunlaşıb
Sabirabad rayonunda da təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılması üçün böyük işlər görülür. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev qəzalı olan bəndlərdə təhlükəsizlik işlərinin əsas hissəsinin başa çatdığını bildirib. O qeyd edib ki, iki istiqamətdə üz-üzə atılan bəndlərdə bərkidilmə işləri yekunlaşıb və onlar birləşdirilərək qapadılıb: “Amma bundan sonra orada olan sızmaların qarşısını almaq və hündürləmə işlərini başa çatdırmaq lazımdır. Bu bəndin gələcəkdə filtrasiya sularından ziyan görməməsi üçün əlavə işlər görülməlidir. Ona görə də, suyun səviyyəsi aşağı düşməlidir ki, orada əlavə işlər görülə bilsin. Aidiyyəti qurumlar öz işləri ilə məşğuldur. Amma əsas işləri tikinti şirkətləri aparır. Biz yaxın günlərdə həmin istiqamətdə də işləri başa vura biləcəyik”, - deyən N.Quliyev daşqın nəticəsində evləri su altında qalan və başqa ərazilərə evakuasiya olunan sakinlərin heç bir probleminin olmadığını bildirib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

