Arif Hacılının antimilli mövqeyi onun hansı “amal”a xidmət göstərdiyini bir daha üzə çıxarır
08.06.2021 [09:01]
30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər ikinci Qarabağ müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərindən əl çəkmirlər. Ötən dövr ərzində işğal altında saxladıqları ərazilərin hər yerinə, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirən mənfur qonşularımız bu gün həmin ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edirlər. Ermənilərin bu hərbi cinayəti nəticəsində isə günahsız insanlar həyatlarını itirir, erməni terrorunun qurbanlarına çevrilirlər.
Yeri gəlmişkən, iyunun 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunda iki jurnalistin - Sirac Abışovun və Məhərrəm İbrahimovun, o cümlədən Kəlbəcər rayon Susuzluq kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin tank əleyhinə minaya düşərək həlak olmalarının məsuliyyəti də məhz cinayətkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Lakin təəssüflər olsun ki, hətta belə bir zamanda da radikal müxalifət yenidən öz xislətini ortaya qoyur. Belə ki, Müsavat Partiyasının sədri Arif Hacılı sosial şəbəkələrdəki paylaşımında baş verənlərə görə Ermənistanı qınamaqdansa, Azərbaycanı hədəfə alıb. Beləliklə, hələ müharibə dövründə özünü və rəhbərlik etdiyi təşkilatı milli həmrəylikdən kənarda saxlayan, xalqla, dövlətlə, ordu ilə bir yerdə olmağı bacarmayan Arif Hacılının bu “mövqeyi” onun hansı “amala” xidmət göstərdiyini bir daha üzə çıxarır. Adını “siyasi partiya rəhbəri” qoymuş bu şəxs ermənilərin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırdığı minalarla bağlı düşmən ölkəyə qarşı bir kəlmə belə etiraz etməyə özündə cürət tapa bilməyib. Bu gün baş verən mina faciələrinə görə məsuliyyətin Ermənistanın hərbi-syasi rəhbərliyinin üzərinə düşdüyünü hər kəs, o cümlədən Arif Hacılı da yaxşı bilir. Bununla belə, məlum paylaşımında Ermənistanı deyil, Azərbaycan dövlətini hədəfə alması bu adamın “nəyə qadir olduğunu” nümayiş etdirir. Bu gün baş verən mina cinayətlərinə görə məsuliyyət daşıyan Ermənistandan diqqəti yayındırmaq üçün əldən-ayaqdan gedən Arif Hacılının gülünc iddiaları həm də yenidən bir atalar məsəlini yada salır - “utanmasan oynamağa nə var ki”...
Sözügedən paylaşımdakı digər bir məqamda isə Arif Hacılı necə deyərlər “gül vurub”. Belə ki, bir tərəfdən az qala mina cinayətlərinə görə Azərbaycan hakimiyyətini günahlandıran Arif Hacılı, digər tərəfdən, “7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurduna buraxılmır” sözlərini yazıb. Belə yerdə bilmirsən bu siyasi partiya rəhbərinin “məntiqinə” güləsən, yoxsa ağlayasan.
Görəsən, reallıq hissini itirmiş Arif Hacılı niyə demir ki, ermənilər bu rayonlarda daşı daş üstə qoymayıb, Azərbaycanın şəhər və kəndlərini xarabazara çevirib? Düşmənin törətdiyi cinayətlərə “kor olan”, bu cinayətləri “malalamaq” üçün canfəşanlıq göstərən Arif Hacılı işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarını, quruculuq işlərini belə görməzdən gəlir, Azərbaycan dövlətinin həyata keçirdiyi möhtəşəm “Böyük Qayıdış” planına ləkə yaxmağa çalışır. Axı həmin torpaqlara qayıdacaq insanlar öz doğma yurd-yuvasında normal standartlar çərçivəsində və ən əsası, təhlükəsiz bir şəraitdə yaşamalıdır. Deyəsən, insanları “tez-tələsik köçürmək” istəyən Arif Hacılı daha neçə-neçə soydaşımızın ermənilərin basdırdıqları minalara düşməsini arzulayır. Və ya bəlkə onun bu dəfə aldığı sifariş bu yöndədir?...
Və zəruri bir qeyd... Vaxtilə Arif Hacılının və onun təmsil olunduğu səriştəsiz və bacarıqsız hakimiyyət komandasının günahı, xəyanəti ucbatından 1993-cü ilin aprelində düşmənə təhvil verilmiş Kəlbəcərdə partlayan hər bir minaya görə ermənilər qədər elə Arif Hacılı və düşərgədaşları da günahkardır. Heç olmasa “ayıblarına kor olmağı” bacarsınlar...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

