Həmkarlarımız və diplomatlar Azərbaycan jurnalistlərinin kədərini bölüşürlər
08.06.2021 [09:32]
Bir sıra ölkələrdən olan həmkarlarımız Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun həlak olmasından kədərləndiklərini bildirir, bu ağır gündə Azərbaycan mediasının yanında olduqlarını ifadə edirlər.
Media təmsilçiləri bu qanlı hadisə ilə əlaqədar AZƏRTAC-a başsağlığı teleqramları ünvanlayır, həmçinin telefonla zəng edərək günahsız insanların, o cümlədən jurnalistlərin hədəfə alınmasının yolverilməz olduğunu vurğulayırlar. Agentliyimizin xaricdəki müxbir məntəqələrinə də oxşar məzmunda zənglər edilir.
“İnsanlığa qarşı dəhşətli cinayətlər törədən erməni silahlı birləşmələrinin Qarabağın işğalına son qoyulmasından sonra da bu ərazilərdə günahsız insanları qətlə yetirməsini kəskin şəkildə qınayır və Anadolu agentliyi olaraq bu ağır gündə sizin şəxsinizdə bütün Azərbaycan mediasının yanında olduğumuzu bildirirəm”, - bu fikirlər qardaş Türkiyənin Anadolu agentliyinin rəhbəri Serdar Karagözün AZƏRTAC-a göndərdiyi başsağlığı teleqramında yer alıb.
Türkiyənin TRT Televiziyasının Baş direktoru İbrahim Eren, Rusiyanın TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Sovolyov, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Akkoç, Misirin “Aldiplomacy” informasiya portalının baş redaktoru Əşrəf Əbu Urafə, “Asiaelyom” agentliyinin rəhbəri Əbubəkir Əl-Məcd, misirli jurnalist və politoloq Əhməd Tərabik ağır itki ilə əlaqədar AZƏRTAC-ın və AzTV-nin kollektivlərinə başsağlığı verib, həlak olan jurnalistlərin ailə üzvlərinin və yaxınlarının kədərini bölüşüblər.
Kədərimizə şərik çıxanlar arasında diplomatlar da var. Türkmənistanın və Əlcəzairin Azərbaycandakı səfirləri Mekan İşanqulıyev və Salima Abdelhak, həmçinin Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xori və başqaları Azərbaycanın media ictimaiyyətinə dərin hüznlə başsağlığı veriblər.
Eyni zamanda, ölkəmizin Böyük Britaniya, Polşa, Ukraynadakı səfirləri Tahir Tağızadə, Nərgiz Qurbanova, Elmira Axundova və digərləri başsağlığı teleqramlarında və telefon zənglərində dərin kədər hisslərini dilə gətiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

