/ / Türkiyə mediası Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankaradakı görüşlərini geniş işıqlandırıb
Türkiyə mediası Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankaradakı görüşlərini geniş işıqlandırıb
09.06.2021 [09:39]
Məlum olduğu kimi, ötən həftə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada səfərdə olub. Ölkəmizin media orqanları ilə yanaşı, qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri geniş işıqlandırılıb.
Belə ki, “Anadolu” və “Doğan” xəbər agentlikləri, “Hürriyət”, “Sabah”, “Milliyət”, “Yeni şəfəq”, “Təqvim”, “Ərzurum” kimi Türkiyənin aparıcı qəzetləri, habelə digər media orqanları səfərlə bağlı materiallar yayıblar. Adları qeyd edilən media orqanlarında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Sədri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbulu, həmçinin AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş, Ədalət və İnkişaf Partiyası Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala, Ədalət və İnkişaf Partiyası Sədrinin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım ilə görüşləri, eləcə də iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması öz əksini tapıb.
Səfərlə bağlı xəbərlərdə nümayəndə heyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbuluna, eyni zamanda, qəbul zamanı qardaş ölkənin dövlət başçısının Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafının vacibliyi barədə fikirlərinə geniş yer verilib. Materiallarda qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan iki hakim partiya arasında əməkdaşlığın genişləndirilməsinin tərəflər üçün olduqca faydalı olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Türkiyənin media orqanları nümayəndə heyətinin bütün görüşlərinə dair xəbər və materiallara geniş yer veriblər. Eyni zamanda, YAP və AKP arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimindən sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun və AKP Sədrinin birinci müavini Numan Kurtulmuşun birgə mətbuat konfransında səsləndirdikləri fikirlər də mediada geniş əks olunub.
Materiallarda qeyd olunub ki, səfər çərçivəsində keçirilən görüşlərdə iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

