Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb
01.07.2021 [09:42]
İyunun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Baş nazir Macarıstana rəsmi səfərə gəldiyi üçün Sahibə Qafarovaya və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. O deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.
İki ölkənin qanunverici orqanları arasında münasibətlərin də inkişaf etdiyini bildirən Viktor Orban dostluq qruplarının fəaliyyətini təqdir edib. Baş nazir bildirib ki, Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan Viktor Orban qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında bizim üçün əvəzedilməz rol oynayır.
Səmimi qəbul üçün təşəkkürünü ifadə edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Baş nazirə çatdırıb. Spiker Milli Məclisin sədri kimi Macarıstana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. İki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirən Sahibə Qafarova qeyd edib ki, çoxsaylı dəyərlərimiz arasında oxşarlıqlar mövcuddur. Bu mənada ailə dəyərlərimizi xüsusi qeyd edə bilərik. Sədr bildirib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Dövlət müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında siyasi əlaqələr yeni səviyyəyə yüksəlib. Şübhəsiz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevlə sizin aranızdakı şəxsi münasibətlər də böyük rol oynayıb.
Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış hüquqi sənədlər mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəriciləri diqqətə çatdıran spiker S.Qafarova vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün real potensial daha böyükdür. Sədr qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Bu yaxınlarda həyata keçirilmiş Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri bu baxımdan böyük əhəmiyyət daşıyır. Ölkələrimiz arasında yüksək səviyyəli humanitar əlaqələrin mövcudluğundan danışan spiker Heydər Əliyev Fondunun dəstəyi ilə Macarıstanda həyata keçirilmiş layihələri qeyd edib. Bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunmasını xüsusi vurğulayıb.
İki ölkə arasındakı parlamentlərarası əlaqələrə toxunan Sahibə Qafarova diqqətə çatdırıb ki, həm Azərbaycan, həm də Macarıstan parlamentlərində qarşılıqlı parlament dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edirlər. Milli Məclisin sədri qarşıdakı dövrlərdə də tərəflərin bu fəaliyyətə sadiq qalacağına əminliyini ifadə edib. Sədr qeyd edib ki, Macarıstanın həm hökumət, həm də parlament səviyyəsində Türk dünyası ilə iş birliyinin artmasını təşviq etməsi və Macarıstan parlamentinin Türkdilli Ölkələrin Parlament Assambleyasında - TÜRKPA-da müşahidəçi statusuna sahib olması çox sevindiricidir.
Milli Məclisin sədri Baş nazir Viktor Orbanın diqqətinə çatdırıb ki, 2020-ci ildə tarixin sınağından qalib çıxan Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Spiker 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan xalqına və dövlətinə özünün və Milli Məclisin adından minnətdarlığını bildirib. Spiker bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Lakin Ermənistan bu işə mane olur, minalanmış ərazilərin tam xəritəsini vermir, təxribatlar törədərək sərhədlərin delimitasiyasına və demarkasiyasına əngəl törədir, işğaldan azad olunmuş ərazilərimizə terroristlərin keçməsinə şərait yaradır. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbi və mülki şəxslər, jurnalistlər həlak olur və ya zərər çəkir.
Sahibə Qafarova ərazilərin minalardan təmizlənməsi işində ANAMA-nın fəaliyyətinə Macarıstan tərəfindən verilən dəstəyə görə minnətdarlıq edib və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirib.
Baş nazir Viktor Orban salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Sonra görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

