/ / Azərbaycanın parlament nümayəndə heyəti Macarıstanda Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib
Azərbaycanın parlament nümayəndə heyəti Macarıstanda Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib
01.07.2021 [09:44]
Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətini Mərkəzin direktoru Gyorgi İnotay qarşılayıb. Milli Məclisin sədrinə məlumat verilib ki, Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib. Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək Mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib. 2015-ci ildə tikinti başa çatdırılandan sonra həmin korpus digər binalar kompleksi ilə birləşdirilib. Otuz çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetrdir. Binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift mövcuddur.
Mərkəzin kollektivi ilə söhbət edən Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə belə bir Mərkəzin yaradılması iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. O vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir. Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir.
Sonra Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olub, mərkəzdə reabilitasiya keçən uşaqlarla görüşüb. Milli Məclisin sədri Mərkəzə xatirə hədiyyəsi təqdim edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55

