/ / Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03.08.2021 [09:04]
44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqi olmaqla bərabər, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratdı. Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirdi. Bugünkü reallıqlar qalib ölkənin sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn da onun yanında olmasını təmin etdi. Bu gün dünya ictimaiyyətinin mütləq əksəriyyəti Azərbaycana dostluq nümayiş etdirmək, iqtisadi sahədə birgə layihələrdə tərəfdaş olmaq niyyəti ilə çıxış edir. Azərbaycan regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın, sözün əsl mənasında, qarantı kimi çıxış edən dövlətə çevrilib. Üç dost, qardaş ölkə olan Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisə olmaqla yanaşı, bu təşəbbüsün məhz Azərbaycandan başlayıb inkişaf etməsi ölkəmizin uğurlu xarici diplomatiyasının və beynəlxalq siyasətinin real nəticəsidir.
Tarixən bir millət, iki dövlət olduqlarını dəfələrlə sübut edən Azərbaycan və Türkiyənin birgə əməkdaşlıq təcrübəsinə siyasi mövqeyi və hərbi qüdrəti ilə seçilən, nüvə silahına malik olan Pakistanın da cəlb olunması şübhəsiz ki, ölkələr arasında qarşılıqlı dəstək formatının əhəmiyyətini və töhfələrini daha da yüksəldəcək və bu üçlüyün yeni regional güc mərkəzinə çevrilməsinə təkan verəcəkdir. 44 günlük Vətən müharibəsi günlərində daim Azərbaycanın yanında olan və Azərbaycan-Türkiyə qardaşlığına yeni “Bir millət, üç dövlət” konsepsiyası qazandıran Pakistanın işğalçı Ermənistanla bağlı barışmaz mövqeyi Azərbaycan xalqını hər zaman qürurlandırmışdır. Ən çətin günlərdə Azərbaycanın yanında olan iki qardaş ölkə ilə üçtərəfli parlamentlərarası əməkdaşlıq Bəyannaməsinin imzalanması ölkələrimiz arasında siyasi, hərbi və iqtisadi əlaqələrin, birgə layihələrin inkişafına təkan verməklə yanaşı, həm də beynəlxalq platformada bu üç ölkənin bir mövqedən çıxış etməsinə, bir-birinin milli maraqlarının qorunmasına qardaş dəstəyi verməsi deməkdir.
Milli maraqların hər şeydən üstün olduğunu daim diqqət mərkəzində saxlayaraq böyük güclərin regiondakı maraqlarını məharətlə tarazlamaq, bununla da milli mənafelərə uyğun siyasət həyata keçirmək, sözün əsl mənasında, uzaqgörən, müdrik, cəsarətli və yüksək intellektli böyük liderlərə xas olan keyfiyyətlərdir. Qibtə ediləcək faktdır ki, bu keyfiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsiyyətində ən yüksək səviyyədə təcəssüm edir. Azərbaycan hazırda 30 illik müstəqillik tarixinin ən şərəfli hadisələrinə və ardıcıl olaraq misilsiz tarixi uğurlara imza atır. Azərbaycan və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərini formalaşdıran tarixi Şuşa Bəyannaməsinin imzalanması, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Avropa İttifaqı - Azərbaycan münasibətlərində yeni səhifə açan Azərbaycana səfəri, postmüharibə dövründəki vəziyyət və Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinin pozitiv fonda müzakirə olunduğu Moskva görüşündən sonra çox mühüm siyasi, hərbi-strateji və geoiqtisadi əhəmiyyət daşıyan Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlər səviyyəsində üçtərəfli Bakı Bəyannaməsinin imzalanması Azərbaycanın dövlət başçısının zərgər dəqiqliyi ilə həyata keçirdiyi çoxvektorlu, tarazlı və milli maraqlara xidmət edən siyasətinin tarixi nəticələridir.
Vətən müharibəsi günlərində Azərbaycan torpaqlarında, xüsusilə döyüş bölgələrində birlikdə qürurla dalğalanan bu üç bayraq - Azərbaycan, Türkiyə və Pakistanın ay-ulduzlu bayraqları Azərbaycan xalqının Böyük Qələbəsinin simvoluna çevrildi. Bu birliyin əvvəl Xarici İşlər Nazirliyi, sonra Müdafiə Nazirliyi, indi isə parlamentlər səviyyəsində möhkəmlənməsi “Bir millət, üç dövlət” konsepsiyasının real fəaliyyət müstəvisində reallaşması və dövlətlərimizin, xalqlarımızın və millətimizin gücünə güc qatılması deməkdir. Bakı Bəyannaməsi, ilk növbədə, parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi və genişləndirilməsi, qanunvericilik bazalarının təkmilləşdirilməsi və uyğunlaşdırılması, qarşılıqlı maraq doğuran regional və qlobal əhəmiyyətli məsələlərin parlamentlər səviyyəsində birgə müzakirə olunaraq müvafiq qərarlar qəbul edilməsi, təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və s. baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu Bəyannamə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, yeni uğurlu regional əməkdaşlıq formatının reallaşdırılmasına mühüm töhfələr verməklə yanaşı, müxtəlif beynəlxalq dairələrdə ölkələrin ərazi bütövlüyü məsələlərinə ikili standartlarla yanaşmaq, eləcə də İslamofobiya, dini, siyasi dözümsüzlük və beynəlxalq hüququn prinsip və normalarının pozulması meyillərinə qarşı birlikdə və effektiv mübarizə aparılmasına əhəmiyyətli töhfələr verəcəkdir.
Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru,
professor
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

