Ermənistanda siyasi qarşıdurma davam edir
17.08.2021 [14:22]
Ermənistanda yeni parlamentin ilk iclasları baş tutsa da, müxalifət bloklarının qeyri-konstruktiv mövqeyi, hakimiyyətin müxalifətçilərə qarşı təzyiq və təqibləri yeni siyasi böhranın başlandığını göstərir. Belə ki, parlamentin fəaliyyətə başlamasından keçən iki həftə ərzində hakim siyasi qüvvə və müxalifət fraksiyalarının üzvləri bir-birinə qarşı sərt tənqidlər, hətta təhqirlər səsləndiriblər. Ermənistan mətbuatı yazır ki, ümumiyyətlə, belə bir gərgin siyasi atmosferin mövcudluğu parlamentin gələcək fəaliyyətinin ciddi qarşıdurma şəraitində keçəcəyindən xəbər verir.
“News.am” yazır ki, parlamentdəki gərginliyə münasibət bildirən “Vətəndaş müqaviləsi” fraksiyasından vitse-spiker seçilən Aşot Arşakyan deputat həmkarlarını konstruktiv olmağa çağırıb. Onun sözlərinə görə, küçə mübarizəsini parlamentə köçürməyə çalışan müxalifətin dağıdıcı fəaliyyəti heç bir fayda verə bilməz: “Nəzərə almaq lazımdır ki, seçkilər artıq başa çatıb, seçicilər seçkiqabağı ritorikaya uyğun olaraq öz qiymətlərini verib və öz seçimlərini ediblər. Təhqirlərə son qoymağın vaxtı gəlib çatıb”.
Parlamentin əsas strukturlarının artıq formalaşdığını, hökumət proqramı ilə bağlı müzakirələrin tezliklə başlayacağını deyən vitse-spiker parlamentdə baş verənlərin qanunvericilik işinə kömək etmədiyini söyləyib: “Bütün iş həftəsi parlamentin institusional orqanlarının formalaşmasına yönəlsə də, bundan sonra səmərəli fəaliyyət üçün parlament müxalifətini konstruktiv olmağa çağırırıq, əks halda, bir çox digər qüvvələr kimi siyasi gündəmdən kənarda qalacaqlar”.
Müxalifətin ölkədə yeni növbədənkənar seçkilərin keçiriləcəyi barədə iddialarına gəlincə, A.Arşakyan bunu real hesab etməyib.
Yeri gəlmişkən, parlamentdən kənarda qalan qüvvələrin də bələdiyyə seçkilərinə passiv yanaşması Ermənistanda daxili siyasi vəziyyətin qənaətbəxş olmadığından xəbər verir. “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, keçmiş parlamentdə əsas müxalifət partiyası olan “Çiçəklənən Ermənistan”ın fəaliyyətində passivləşmə müşahidə olunur. Qəzet yazır ki, partiya sədri Q.Çarukyan seçkidən dərhal sonra partiyadaşlarını payızda daha aktiv olmağa çağırsa da, tamamilə buna əks olan qərar qəbul edilib. Mənbə bildirir ki, “Çiçəklənən Ermənistan” passiv qalmaq qərarına gəlib, hətta yerli özünüidarəetmə orqanlarına gözlənilən seçkilərə qatılmayacaq. Hakimiyyətin Çarukyan ailəsinə məxsus olan “Kentron TV” şirkətini ələ keçirməyə çalışması vəziyyəti daha da qəlizləşdirib.
Bu arada, baş nazir N.Paşinyanın kadr dəyişiklikləri də ölkədə birmənalı qarşılanmır. Baş nazir N.Paşinyanın maliyyə nazirinin birinci müavini, iqtisadçı Karen Brutyanı vəzifəsindən azad edərək müdafiə nazirinin müavini təyin etməsi cəmiyyətdə böyük təəccübə səbəb olub. “Sputnik-Ermənistan” yazır ki, K.Brutyan beynəlxalq qurumlar da daxil olmaqla bir sıra strukturlarda maliyyə və iqtisadi məsləhətçi kimi çalışıb. Belə ki, K.Brutyan 2016-cı ildən 2018-ci ilədək dövlət gəlirləri komitəsi rəhbərinin müşaviri, 22 may 2018-ci ildən isə maliyyə nazirinin müavini olub.
Göründüyü kimi, Ermənistandakı siyasi qarşıdurma yeni parlamentdə də davam edir. Müxalifətin küçə mübarizəsini və təhqirləri parlamentə keçirmək cəhdi də məğlub ölkədə siyasi durumun gərgin olduğundan xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45

