Nərimanov rayonunda şəhid Əhmədağa İskəndərovun anım mərasimi keçirilib
09.10.2021 [15:44]
Müzəffər Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Əhmədağa Novruz oğlu İskəndərovdur. Oktyabrın 9-da Nərimanov rayonunun sakini olmuş, şəhid Əhmədağa İskəndərovun anım mərasimi keçirilib.
yeniazerbaycan.com xəbər verir ki, anım mərasimi ilə əlaqədar Nərimanov rayonunun rəhbərliyi, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər, şəhidin ailə üzvləri və yaxınları şəhid Əhmədağa İskəndərovun məzarını ziyarət edib, məzarı üzərində gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri Arif Hümbətov çıxış edərək şəhidlərimizin heç zaman unudulmadığını, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın şəhid ailələrinin yanında olduğunu, onların qayğılarına xüsusi həssaslıqla yanaşıldığını bildirib.
Anım mərasimində çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, ötən il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin sayəsində yaşayırıq.
Əhmədağa İskəndərovun ailəsinə başsağlığı verən Abdin Fərzəliyev dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu diqqətə çatdırıb. Qarabağın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və bundan sonra da görüləcək. Biz şəhidlərimizi daim öz qəlbimizdə əbədi yaşadacağıq.
Milli Məclisin sədr müavini Adil Əliyev də çıxışında qeyd edib ki, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu.
Vitse-spiker qeyd edib ki, Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə qürur duyur. Onların qəhrəmanlığı tariximizin qürur səhifəsidir və yetişən yeni nəsillər üçün Əhmədağa İskəndərov kimi oğullar nümunə olacaq.
Şəhidin atası Novruz İskəndərov hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonra şəhidin adına ehsan verilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Əhmədağa İskəndərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Onu da vurğulayaq ki, şəhid Əhmədağa İskəndərov və şəhid polkovnik-leytnant Qərib Baxşəliyevin təhsil aldığı 82 saylı tam orta məktəbdə şəhidlərin xatirə lövhəsinin açılışı olub. Yaradılan xatirə guşəsində şəhid Əhmədağa İskəndərov və Qərib Baxşəliyevlə bağlı məlumatlar qeyd olunaraq onların təltif və medalları yerləşdirilib. Xatirə lövhəsinin açılışında şəhid Əhmədağa İskəndərovun atası Novruz İskəndərov və onun ailə üzvləri, şəhid Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, rayon Bələdiyyəsinin sədri, məktəb kollektivi, rayon gəncləri iştirak edib. Məktəblilər tərəfindən şəhid Əhmədağa İskəndərov və şəhid Qərib Baxşəliyevə həsr olunmuş bədii və video kompozisiyalar təqdim olunub. Müəllim və sinif yoldaşları şəhidilərimizin hələ məktəbli yaşlarından necə vətənə bağlı, qorxmaz və mətin olduqları ilə bağlı öz xatirələrini bölüşüblər.
Xatirə guşəsinin təqdimatından sonra şəhidlərimizin təhsil aldığı və adları verilmiş sinif otaqları ziyarət olunub. Eyni zamanda məktəbdə şəhid Əhmədağa İskəndərovun anım günündə onun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib, şəhidimizin atası ilk gedişi edərək turniri açıq elan edib. Sonda qaliblər şəhid ailələrinin iştirakı ilə mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

