Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın xilası Azərbaycanla sülhdən keçir

Ermənistanın xilası Azərbaycanla sülhdən keçir

26.10.2021 [10:44]

Paşinyan sülhə imza atandan sonra da gizlənməlidirmi? - Yeni reallıqlar fərqli mənzərə yaradıb

Artıq tarixə çevrilmiş Qarabağ münaqişəsi ilə bağlı siyasi proseslərin gedişi sülhün qapıda olduğunu deməyə əsas verir. Belə ki, ötən il noyabrın 10-da kapitulyasiyaya imza atmış Ermənistan və bu ölkənin siyasi rəhbərliyi dalana dirəndiklərinin fərqindədirlər. Bunun nəticəsidir ki, baş nazir Nikol Paşinyan son zamanlar fürsət düşdükcə kommunikasiyaların açılmasının vacibliyini, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının öz ölkəsi üçün həyati xarakter daşıdığını dilə gətirir.

Yeri gəlmişkən, Paşinyan parlamentin büdcə layihəsi ilə bağlı iclasında çıxışında da regionun iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılmasının Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə biləcəyini vurğulayıb. O, münasibətlərin normallaşmasını vacib sayıb.

Paşinyanın müəyyən mənada “barışımçı” mövqeyindən dividend qazanmaq niyyəti güdən siyasi rəqibləri isə sülh danışıqları ilə bağlı prosesə mane olmaq üçün hər yola əl atır. Xocalı qatili Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokunun noyabrın 8-nə və 9-na təyin etdiyi aksiyalar məhz imzalanması yaxın görünən sülhə qarşı yönəlib.

Təbii ki, bütün bunlar, ilk növbədə, Paşinyanın sülh sənədinə imza atmaması üçün təzyiq xarakteri daşıyır. 2020-ci ildə baş verənlər, məğlubiyyətdən doğan aqressiya ilə dövlət strukturlarının binalarına hücum çəkən revanşist başıpozuq dəstələrin bu dəfə də eyni zorakılıqları edə biləcəyindən isə deyəsən, Paşinyan özü də çəkinir. O zamanlar üçtərəfli bəyanatı imzalamaq üçün “qeyri-müəyyən”, hamıdan gizli bir yer seçmiş Paşinyan sülh müqaviləsini imzalayandan sonra harada gizlənəcək? Belə demək mümkündürsə, Ermənistanı məhv olmaqdan xilas etmək üçün Azərbaycanın şərtlərini qəbul edəcək Paşinyanı “zirzəmi həyatı” gözləmir ki?

Milli Məclisin deputatı Ramin Məmmədov Paşinyanın bu dəfə gizlənməsinə ehtiyac qalmayacağını düşünür. Mövcud vəziyyət onu göstərir ki, Paşinyandan çox Ermənistan dövlətçiliyinin və əhalisinin xilasa ehtiyacı var. Bu xilas yolu isə Azərbaycandır: “Ermənistanın son 30 il ərzində apardığı işğalçılıq siyasəti bu ölkənin iqtisadi çöküşünü, demoqrafik böhranını daha da artırdı. Bu mənada, 44 günlük Vətən müharibəsinin nəticələri həm də Ermənistanın gələcəyi üçün bir şans yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu gələcək inkişafın əsas qarantı olacaq sülhü və təhlükəsizliyi bölgəyə gətirib. Bu sülh və stabillik isə həm də Ermənistan və onun əhaisi, bu dövlətin gələcək mövcudluğu üçün münbit şərait yaradıb. Ermənistan əhalisi bunu dərk edir. Keçirilmiş son parlament seçkiləri də bu faktı təsdiqləyir. Onlar anlayırlar ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, nəzərdə tutulan logistik əlaqələrin qurulması, kommunikasiya xətlərinin açılması bu ölkəni və əhalisini məhv olmaqdan xilas edəcək”.

R.Məmmədovun fikrincə, ötən il müharibə bitdikdən sonra Ermənistanda bəzi qüvvələr müharibənin nəticələrinə “etiraz etmək” istəsələr də, heç nəyə nail ola bilmədilər. Səbəb isə ortadadır. “Xalq onları dəstəkləmir. Ermənistan əhalisi ümumilikdə 30 il ərzində aparılan siyasətdən yorulduğunu açıq şəkildə b?ruzə verir. Bu siyasət onların həyatına neqativ təsirdən başqa heç nə verməyib. İndi Ermənistan əhalisi özü Paşinyanı sülhə tərəf istiqamətləndirir. Fikrimcə, artıq dərk edirlər ki, bölgədə yaranan yeni əməkdaşlıq plaftorması Ermənistanı bölgənin ümumi ink?şaf tempinə çatdıra bilər. Əks halda, Ermənistan yenə də yedək dövlət statusundan ayrıla bilməyəcək. Küçələrdə sülhə qarşı mitinq keçirənlər də bunları dərk edir. Sadəcə, bəzən xarici təsirlər, bəzən isə hakimiyyət hərisliyi bu qüvvələri qeyri-real qərarlara sövq edir”, - deyən  R.Məmmədov onu da əlavə edib ki, Paşinyanın sülhü imzalayacağı daha real görünür. Çünki Ermənistanın mövcud siyasi-iqtisadi krizisdən çıxmaq üçün başqa yolu qalmayıb.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da 2020-ci ilin 10 noyabrında Ermənistanın baş nazirinin kapitulyasiya bəyanatını imzaladığı məkanın hələ də bəlli olmadığını diqqətə çatdırıb. Onun fikrincə, Paşinyanın təslimçi bəyanata bu cür gizli imza atması həmin dövrdəki aqressiyadan çəkinməsindən irəli gəlib: “Artıq üçtərəfli bəyanatın imzalanmasından 1 ilə yaxın zaman ötür. Bu vaxt ərzində Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda mühüm infrastruktur layihələri reallaşdırıb, Cənubi Qafqazın gələcək inkişafına mühüm təsir göstərəcək addımlar atıb. Təbii ki, ermənilər bunu görür. Onlar dərk edir ki, Azərbaycan cəmi altı ay ərzində Beynəlxalq Hava Limanı tikir, istifadəyə verir. Sosial problemlərin içində boğulan erməni cəmiyyəti bu gün psixoloji gərginliklə də yüklənib. Cəmiyyətin bu affekt vəziyyətindən istifadə edən bəzi revanşistlər də Paşinyana təzyiq edir, onu sıxışdırır, hakimiyyətdən salmaq üçün oyunlar qurur”.

R.Vəlibəyov vurğulayıb ki, Ermənistanda baş verənlər bir həqiqəti dəyişmək iqtidarında deyil. Müharibədən sonra sülh, təhlükəsizlik, əməkdaşlıq mühitinin formalaşdırılması üçün Paşinyan danışıqlar masasına əyləşməli, yekun sülh müqaviləsinə imza atmalıdır. “Artıq regional vəziyyətin şərtləri də di?tə edir ki, həm 10 noyabr bəyanatından irəli gələn öhdəliklər yerinə yetirilməlidir, həm regional kommunikasiyalar açılmalıdır, həm ?? sərhədlərin delimitasiyası və demarkasiyası baş tutmalıdır. Bunun ardından isə dayanıqlı və davamlı sülh müqaviləsi imzalanmalıdır. Bunu “revanşist” adlandırılan kiçik azlıq da dərk etməli və barışmalıdır. Çünki nə Ermənistanın olmayan “ordusu”, nə iqtisadiyyatı, nə də maliyyə vəziyyəti növbəti müharibənin nəticələrinin altından qalxa bilməz. Bu mənada, inanıram ki, Paşinyan sülh sazişinə hamıdan gizli bir yerdə imza atmayacaq, üzə çıxacaq”.

Pərviz Sadayoğlu

 

Paylaş
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31