/ / ABŞ-la münasibətlərdə bizim üçün əsas məsələ bu ölkənin bir fövqəldövlət kimi Dağlıq Qarabağ probleminin həllinə münasibətidir
ABŞ-la münasibətlərdə bizim üçün əsas məsələ bu ölkənin bir fövqəldövlət kimi Dağlıq Qarabağ probleminin həllinə münasibətidir
01.07.2010 [09:57]
Əli Həsənov ABŞ-ın Azərbaycanla münasibətlərdə əsas olaraq götürdüyü prioritetlərin - təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya, insan haqları - eynilə Azərbaycan tərəfindən də qəbul olunduğunu deyib: “Biz həmin prioritetləri eyni ilə qəbul edirik, lakin bizim üçün ilk növbədə əsas məsələ Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına ABŞ-ın bir fövqəldövlət kimi münasibətidir. Ona görə Azərbaycan xarici aləmlərlə bütün münasibətlərini Dağlıq Qarabağ probleminə həmin ölkənin münasibəti üzərində qurur. Biz ABŞ-la münasibətləri enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak, demokratiya və insan haqları sahəsində əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ probleminin həllinə bu ölkənin münasibətini və Dağlıq Qarabağ problemi ətrafında bu ölkənin apardığı işi nəzərə alaraq qururuq”.
PA rəsmisi ABŞ-ın dövlət katibinin və ya digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərinin istənilən halda yaxşı hal olduğunu vurğulayıb: “Hər halda bu səfər 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir. O zaman Azərbaycan bir müstəqil dövlət kimi hələ tam formalaşmamışdı, Azərbaycanın daxili, xarici siyasətinin prioritetləri, xarici aləmlə münasibətlərinin strategiyası, taktikası bəlli deyildi. O zaman bu görüşlər sadəcə təsadüfi görüş xarakteri daşıyırdı və xarici aləm Azərbaycan dövlətini öyrənirdi. Amma bu gün Azərbaycan formalaşmış bir dövlətdir, özünün daxili və xarici maraqları formalaşıb, xarici siyasətinin, daxili siyasətinin prioritetləri mövcuddur. Ona görə də bugünkü vəziyyətdə Azərbaycanın xarici aləmlə təmasları tamamilə təsadüfi deyil, planlı şəkil daşıyır”.
Əli Həsənov ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının verdiyi bəyanatın Azərbaycanı tam qane etdiyini deyib: “Bəyanat Azərbaycanı tam qane edir. Əvvəla bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını etiraf edirlər. Bəyanatda işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələbi var, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkələrin iradəsi var. O ki qaldı ayrı-ayrı ölkələrin saytlarında bəyanatın təhrif olunmuş, tərcümə səhvi ilə yayımlanmasına, bunu biz mexaniki yanlışlıq adlandırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

