Azərbaycan Konstitusiyası – milli tərəqqinin hüquqi əsası
12.11.2021 [11:32]
Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günüdür. Məlumdur ki, hər bir ölkənin siyasi-hüquqi və demokratik inkişafında Əsas Qanunun, milli Konstitusiyanın mühüm rolu var. Azərbaycan da bu baxımdan istisna deyil.
Bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun 12 Noyabr - Konstitusiya Günü ilə bağlı məqaləsində yer alıb.
Məqalədə deyilir: “30 illik müstəqillik dövründə Azərbaycanın inkişafının konstitusion əsasları kifayət qədər zəngindir.
Müstəqil Azərbaycanın ilk konstitusiyası dövrün reallıqlarına və çağırışlarına uyğun olaraq mükəmməl hüquqi sənəd idi
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Bu konstitusiya dövrün reallıqlarına və çağırışlarına uyğun olaraq mükəmməl hüquqi sənəd idi. Bəhs olunan Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla yanaşı, hakimiyyət bölgüsü, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri Azərbaycan Konstitusiyasının hüquqi mahiyyətini əks etdirən mühüm məsələlər idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin ifadəsi idi.
Ümummilli lider Heydər Əliyev bütün bu məsələlərin əhəmiyyətinə toxunaraq “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”, - deyə bildirib. Şübhəsiz ki, Konstitusiyanın qəbulundan sonra atılan addımlar, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində çox mühüm nailiyyətlər qazanılıb.
Konstitusiya islahatları – milli inkişafa güclü təkan
Bunlarla yanaşı, ölkəmizin sürətli inkişafı siyasi, hüquqi və konstitusion islahatları da zərurətə çevirib. Yeni dövrün reallıqlarına və çağırışlarına, ictimai – sosial sifarişə uyğun olaraq Konstitusiya reformalarının həyata keçirilməsi Azərbaycanın hüquqi dövlət kimi inkişafına güclü təkan verib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsinə 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönələn addım kimi mühüm əhəmiyyətə malik olub. Xüsusilə də, prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsi, dövlət idarəetməsində funksionallığının artırılmasına xidmət edən vitse-prezidentlik institutunun yaradılması, seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin aradan qaldırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edən mexanizmlərin təkmilləşdirilməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq lazımdır ki, bəhs olunan referendumun nəticələri Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “... Referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib”.
Bu gün Azərbaycan müstəqil və qalib dövlət kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanır. Konstitusiyamız isə ölkəmizin hüquqi dövlət kimi demokratiya yolunda əmin addımla irəliləməsinə dayanıqlı zəmin yaradır, milli tərəqqinin hüquqi əsaslarını təşkil edir”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24

