Ceyhun Bayramov: Ermənistan dialoq çağırışlarına qulaq asmalıdır
17.11.2021 [14:46]
“Əgər Ermənistan beynəlxalq hüquq normalarına əməl etməsə və Azərbaycanın milli təhlükəsizliyini təhdid edən addımlar atsa, Bakı bütün lazımi cavab addımlarını atmaqdan çəkinməyəcək”. yeniazerbaycan.com-un verdiyi xəbərə görə, bunu “Anadolu” agentliyinə müsahibəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib.
XİN rəhbəri xatırladıb ki, 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə başa çatıb, bundan sonra 2021-ci ilin yanvarında Azərbaycan, Rusiya və Ermənistan liderləri Moskvada regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası barədə razılığa gəliblər.
C.Bayramov qeyd edib ki, Azərbaycan hazırda iki ölkə arasında münasibətlərin normallaşmasına hazırdır: “Bəyanatın bir çox bəndlərinin icrasına baxmayaraq, hələ də həllini tapmamış məsələlər var. Azərbaycan məsələyə konstruktiv və müsbət yanaşır. Prezident İlham Əliyev iki ölkə arasında sülh əldə edilməsi və münasibətlərin normallaşması ilə bağlı bəyanatlar verib. Rəsmi Bakı regionda sülhün təmin olunması üçün addımlar atmağa hazır olduğunu nümayiş etdirir”.
XİN rəhbəri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinin irəliləməsi üçün zəruri olan meyarları da qeyd edib: “Bu meyarlardan başlıcası beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü faktının nəzərə alınmasıdır. Ermənistan dialoq çağırışına qulaq asmağa borcludur. İrəvan bunu nə qədər tez etsə, qonşu dövlətlərə hörmət etsə və onların sərhədlərini tanısa, problemlər bir o qədər tez həll olunacaq”. Nazir əlavə edib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Ermənistanın və erməni xalqının da maraqlarına cavab verir.
Azərbaycanlı nazirin sözlərinə görə, İrəvanda Bakıya qarşı ərazi iddiaları hələ də səslənir: “Bunlar çox təhlükəli bəyanatlardır. Erməni siyasətçiləri daha düşünülmüş və məsuliyyətli hərəkət etməlidirlər. Ötən 30 ildə gedən prosesləri təhlil etdikdə, qonşu dövlətlərə ərazi iddiası siyasətinin Ermənistana nə qədər problem və zərər verdiyi aydın olur. Ermənistan da bundan xəbərdardır. Ümid edirəm ki, rəsmi İrəvan gələcək üçün düzgün nəticə çıxaracaq”.
Nazir onu da qeyd edib ki, regionda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı danışıqlar davam edir. “Hələlik bu məsələdə konkret addımlar atılmayıb. Ümid edirik ki, erməni tərəfi məsələnin vacibliyini tezliklə dərk edəcək. Birgə bəyanatları Ermənistan tərəfi də imzalayıb və İrəvan üzərinə öhdəliklər götürüb. Üçtərəfli Bəyanat təkcə Azərbaycan və Ermənistana aid deyil, bütün regionun maraqlarına toxunan və onlara cavab verən sənəddir”, - deyə C. Bayramov bildirib.
Ermənilərin Azərbaycana qarşı son təxribatlarına münasibət bildirən C.Bayramov deyib ki, onlar iflasa uğuyıb: “Delimitasiya problemini həll etmək üçün birgə komissiya yaratmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət prinsipinə uyğun olaraq delimitasiya prosesinə başlamaq lazımdır. Bu prosesin başlaması ilə sərhəddə gərginlik səngiyəcək”.
Nazir, həmçinin Azərbaycan və Türkiyə liderlərinin regionda sabitliyin və inkişafın təmin edilməsi məsələsi ilə bağlı konstruktiv çağırışlarını da xatırladıb: “Ankara və Bakının sülh çağırışlarına rəsmi İrəvan cavab verməlidir. Ümid edirik ki, Ermənistan tərəfi düzgün seçim edəcək”.
Zəngəzur dəhlizinin açılmasına da toxunan nazir qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat marşrutu sayəsində Türkiyə üzərindən Avropa bazarlarına yol formalaşacaq. Azərbaycan XİN başçısı bildirib ki, Zəngəzur dəhlizi həm də Türkiyədən Mərkəzi Asiya ölkələrinə gedən yola çevriləcək və bununla da Ankara üçün yeni imkanlar açılacaq.
Azərbaycanlı nazirin sözlərinə görə, artıq Zəngəzur dəhlizinin yaradılması üzrə işlər aparılır: “Regionda avtomobil və dəmir yolu əlaqələrini bərpa etmək lazımdır. Ermənistanın işğalı zamanı Azərbaycanın bir sıra rayonlarında yollar dağıdılıb. Azərbaycan onları bərpa etməyə başlayıb. Üçtərəfli Bəyanatın bəndləri yerinə yetirilərsə, o zaman dəhlizin açılması çox çəkməyəcək. Dəhlizin açılışının dəqiq tarixini söyləmək hələ tezdir, lakin proses çətinliklə də olsa davam edir”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

