Beynəlxalq münasibətlərdə yeni geostrateji qütbləşmə...
26.11.2021 [10:34]
Yeni Qərb koalisiyasının formalaşması regional və beynəlxalq təhlükəsizliyə nə vəd edir?
Son zamanlar ekspertlərin, strateji tədqiqat mərkəzlərinin diqqət yetirdiyi mühüm məsələlərdən biri dünya siyasətində yeni geosiyasi və geoiqtisadi hərəkətlənmələrin baş verməsidir. Analitiklər belə bir tezis irəli sürürlər ki, güc mərkəzlərinin fəaliyyəti fonunda müşahidə edilən rəqabət, mübarizə, uzlaşma, qarşıdurma və əməkdaşlıq kimi proseslər yeni geostrateji qütbləşmənin - yeni cəbhələrin yaranmasını şərtləndirir. Xüsusilə də, Rusiya-Çin təmaslarının intensivləşməsi, Türkiyə, Almaniya və Fransa kimi ölkələrin Rusiya ilə münasibətlərində yeni səhifə açmaları, Vaşinqton, London və Kanberra arasında AUKUS paktının yaradılması, Birləşmiş Ştatlar ilə Avropa İttifaqının (Aİ) lokomitivləri arasında “siyasi çat”ların dərinləşməsi kimi hadisə və proseslər bu səpkidə ayrıca nəzərdən keçirilir.
Siyasi analitiklər ABŞ-ın təşəbbüsü və moderatorluğu ilə yeni Qərb koalisiyasının formalaşdığını vurğulayırlar. Amma burada Avropa İttifaqının Fransa və Almaniya kimi güc mərkəzləri yer almır. Bu koalisiya, əsas etibarilə, ABŞ-ın Rusiya-Çin tandeminə qarşı yeni hərbi-siyasi mübarizə mexanizmi formalaşdırması, növbəti geosiyasi təhlükəsizlik çətiri yaratması təşəbbüsü kimi dəyərləndirilir. Təbii ki, burada iqtisadi-ticari faktorlar da mühüm yer tutur. İstisna deyil ki, ABŞ-ın rəhbərlik etdiyi avroatlantika cəbhəsinin yeni geosiyasi bloku olan bu koalisiyanın fəaliyyətinin strateji hədəfi həm də Avrasiyanın geoiqtisadi xəritəsini yenidən dizayn etməkdir. Təbii ki, bu strateji planın ən mühüm seqmentlərindən birini Avrasiyada uzunmüddətli perspektiv üçün mühüm faktora çevrilən Rusiya-Çin işbirliyinin beynəlxalq arenada təsir imkanlarını azaltmaq, həmin qüvvələri geosiyasi autsayderə çevirməkdir.
Sirr deyil ki, uzun müddət kollektiv Qərb ilə Rusiya-Çin tandemi arasındakı mübarizə pərakəndə xarakter daşıyıb. Amma bu gün Birləşmiş Ştatlar yeni pakt və koalisiya formalaşdırmaqla Avrasiyada həm geoiqtisadi, həm də hərbi-strateji müstəvidə Rusiya ilə Çinin, eləcə də onlarla əməkdaşlığı inkişaf etdirən Aİ-nin bəzi aparıcı aktorlarının nüfuz zonalarına daha aktiv müdaxilə planının icrasına start verməkdədir.
Ekspertlərin vurğuladıqları kimi, strateji mövqelərini əldən verərək siyasi və iqtisadi dividend itkisinə yol vermək istəməyən Rusiya ilə Çin isə yeni mübarizənin konturlarını iki xətt üzrə müəyyənləşdiriblər. Birincisi, müəyyən bölgələrdə hərbi-siyasi mövqeyi möhkəmləndirərək rəqiblərinin geostrateji fəallıq dairəsini daraltmaqdır. İkincisi isə, Qərbin yeni koalisiyasının iqtisadi müdaxilələrindən qorunmaq üçün Rusiya-Aİ-Çin əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsidir. Bu, əsas etibarilə, ticarət, energetika sahələrini əhatə edəcək və yeni geoiqtisadi platformanın yaradılması üzərində iş aparıldığı istisna deyil.
Əlbəttə, proseslərin gedişatını tərəflərin strateji müdaxilələri və taktiki manevrləri müəyyən edəcək. Amma o da istisna deyil ki, daha çox geosiyasi güzəştlərə məcbur edən tərəf bir və ya bir neçə addım önə çıxacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

