Regionda diplomatik trafik intensivləşir
07.12.2021 [11:04]
Əsas müzakirə mövzusu postmüharibə dövrünün reallıqları və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsidir
Nurlan
Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu, bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Təbii ki, sözügedən reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri, eləcə də bölgədənkənar qüvvələr üçün gələcək inkişaf naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.
Cənubi Qafqazdakı vəziyyət diqqət mərkəzində...
Ona görə də hazırda postmüharibə dövrünün reallıqları ilə əlaqədar müxtəlif təmaslar qurulur, ardıcıl müzakirələr aparılır və diplomatik trafik intesivləşir. Yeri gəlmişkən, ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında da Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olub. Eyni zamanda, iclasda ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransanın Fransa Xarici ticarət və iqtisadiyyat naziri Frank Riester ABŞ və Fransanın Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsini alqışladıqlarını diqqətə çatdırıblar. Bununla yanaşı, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub.
Göründüyü kimi, ayrı-ayrı dövlətlər bu prosesdə fəallıq nümayiş etdirirlər. Bəs bu diplomatik trafik, öz növbəsində, prosesləri hansı istiqamətə aparır və postmüharibə dövründə regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasına necə təsir göstərəcək?
Postmüharibə dövründə bölgədə hansı geosiyasi tendensiyalar müşahidə olunur?
Siyasi şərhçi Tofiq Zülfüqarov “Yeni Azərbaycan”a açıqlamasında postmüharibə dövründə regionda bir neçə tendensiyanın qabarıq şəkildə özünü göstərdiyini deyib: “İlk növbədə, görürük ki, Ermənistan-Rusiya münasibətləri gərginləşir. Onsuz da, iki ölkə arasındakı əlaqələrdə böhran vəziyyəti mövcud idi, indi isə krizis daha da dərinləşir. Ermənistan məcburi olaraq Qərbyönlü siyasi kurs seçməlidir. Onlar inkişaf üçün Qərbdən kömək gözləyirlər, Qərbin isə öz şərti var: bu, Ermənistanın Rusiyadan tamamilə qopmasıdır. Biz bunu Soçi görüşü zamanı da hiss etdik, Brüssel danışıqları çərçivəsində də bu siyasi əhval hiss olunacaq. İkinci geopolitik tendensiya ondan ibarətdir ki, Rusiya-Türkiyə münasibətlərində bəzən hansısa gərginliklər baş qaldırsa da, gec-tez iki tərəfi də qane edən ortaq məxrəcə gəlinir. Bu, artıq ənənədir. Üçüncü tendensiya Rusiya-Qərb münasibətlərinin kəskinləşməsidir. Bütün bunlar regionumuza təsir göstərən amillərdir”.
Tofiq Zülfüqarov əlavə edib ki, Azərbaycan qarşıda duran məsələləri ardıcıl olaraq həll etməkdədir: “Eyni zamanda, qarşıda duran çox mühüm məsələlər var. Xüsusilə də, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin reallaşdırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Regionda cərəyan edən proseslər məhz bu məsələlərin həllinə ciddi təsir göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

