“Soros demokratiyası”
11.12.2021 [10:34]
Yaxud Paşinyanın “demokratiya sammiti”ndə nə işi var?
Nurlan QƏLƏNDƏRLİ
ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya uğrunda sammit”in gündəliyinə salınan məsələlərə, iştirakçıların siyahısına diqqət yetirdikdə ortaya bir sıra maraqlı nüanslar çıxır. Belə ki, “demokratiyaya qarşı olan təhdidlərlə mübarizə”, “korrupsiya ilə mübarizə” və nəhayət “insan hüquqlarının müdafiəsi” ilə bağlı məsələlərin müzakirə edildiyi bir toplantıda Ermənistan kimi terrorçu və antidemokratik bir dövlətin hökumət başçısının iştirakı absurddur. Çünki bu ölkədə demokratiyadan əsər-əlamət yoxdur, korrupsiya dövlət siyasətinin tərkib hissəsidir, insan hüquqlarının müdafiəsindən isə söz açmağa belə dəyməz.
Paşinyan Ermənistanda “demokratiik mühit”dən ağızdolusu danışsa da, reallıqların nədən ibarət olduğu həm onun özünə, həm sammitdə iştirak edənlərə, həm də bütövlükdə dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənistan bu zamana qədər heç vaxt demokratik olmayıb, daim insan hüquqlarının kütləvi surətdə pozulması, diktatura və tiraniya mühiti ilə gündəmdə olub. Xüsusilə də, işğalçı ölkədə Sarkisyan, Koçaryan kimi cinayətkarların hakimiyyəti dövründə, seçkilər ərəfəsində və digər proseslər çərçivəsində müşahidə edilən qanunsuzluqlar, repressiya və dağıdıcı hadisələr yaddaşlardan silinməyib. Elə Nikol Paşinyanın demokratiya imitasiyası da çoxdan iflasa uğrayıb, ağılsız diktatorun “demokrat” maskası yırtılıb.
Ümumiyyətlə, Ermənistanda hakimiyyət olimpində cinayətkar hərbi xuntanı əvəzləyən indiki oxlokoratiya (küçə - kütlə hakimiyyəti-N.Q.) ilk vaxtlar populist və demaqogiya ritorikası ilə çıxış etsə də, qısa müddət ərzində diktatura mahiyyətini nümayiş etdirməyə başlayıb. Paşinyanın rəhbərlik etdiyi antidemokratik hakimiyyət sistemi öz vədlərini istisna və inkar edən davranışlarla çıxış edib. Daha dəqiq desək, ilk vaxtlardan etibarən legitimlik problemi yaşayan, siyasi xaos və kataklizmlərlə qarşı-qarşıya olan Paşinyan yeni tiraniya formasında mövcud olan öz hakimiyyətinin dayaqlarını gücləndirmək məqsədilə “demokratiya” görüntüsü altında diktatura sistemi formalaşdırıb.
Bu gün Ermənistanda mövcud olan siyasi xaos fonunda baş verən proseslər bu reallığı tam təsdiqləyir. Həqiqət budur ki, vaxtilə siyasi qəsb vasitəsilə hakimiyyəti ələ alan Paşinyan rəqibləri ilə mübarizə prosesində, eləcə də vətəndaş itaətsizliyi aksiyalarına münasibətdə zor - güc amilinə üstünlük verir. Ona görə də hüquq, demokratiya, sivil dəyərlər və qanun anlayışları bu hakimiyyət və dövlət üçün xarakterik deyil. Biz bu gün konkret olaraq Sorossayağı “demokratiya”nın Ermənistan nümunəsini görürük. Ermənistanda ifadə azadlığı ləğv edilib, ictimai-siyasi etiraza, tənqidlərə görə kütləvi həbslər həyata keçirilir. Belə olan halda, haqlı sual yaranır: “Soros demokratiyası”nın reallıqları fonunda Paşinyanın “demokratiya sammiti”ndə nə işi var?! Və ya bu faktlar Birləşmiş Ştatların “demokratiya sammiti”nin əsl mahiyyətini aşkar etmirmi? Əlavə sözə ehtiyac yoxdur, elə ABŞ-ın özündə deyildiyi kimi: “no comment!”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

