Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məzahir Pənahov: Seçki komissiyalarının və digər qurumların vəzifəsi seçki prosesində qanunazidd addımlar atılmasına yol verməməkdir

Məzahir Pənahov: Seçki komissiyalarının və digər qurumların vəzifəsi seçki prosesində qanunazidd addımlar atılmasına yol verməməkdir

21.09.2010 [09:28]

“Seçkilərdə hər hansı qanun pozuntusunun olmayacağına dünyanın heç bir yerində heç kim zəmanət verə bilməz. Amma seçki komissiyalarının və digər qurumların vəzifəsi ondan ibarətdir ki, seçki prosesi zamanı qanunazidd addımlar olmasın”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, qanunazidd hal olacağı hallarda həmin məsələ ilə bağlı adekvat addımlar atacaqlarını bildirib: “Məsələn, ötən seçkilərdə bir neçə dairədə nəticələr etibarsız sayılmışdı. O vaxt araşdırmalarımız nəticəsində məlum olmuşdu ki, həmin dairələrdə nəticələr seçicilərin iradəsinə uyğun olmayıb. Qarşıdan gələn parlament seçkilərində də müvafiq addımlar atılacaq. Bu cür qanunsuzluqların olmaması üçün seçkidə iştirak edəcək tərəflərin maarifləndirilməsi üçün tədbirlər keçiririk. Bu da öz nəticəsini verir və getdikcə Azərbaycanda seçkilərlə bağlı hansı addımların atıldığı, hansı nailiyyətlərin əldə edildiyi beynəlxalq qurumların hesabatında öz əksini tapır”.

Paylaş:
Baxılıb: 1314 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31