Xristianlıqda yeni parçalanma - Pravoslav kilsələri Moskva Patriarxlığından ayrılır
15.03.2022 [10:33]
Rusiya Ukraynadakı və Qərbdəki “yumşaq güc”ünü də itirmək üzrədir
PƏRVİZ
Amsterdamdakı Rus Pravoslav Kilsəsi Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Moskva Patriarxlığı ilə əlaqələrin kəsildiyini elan edən ilk Qərb kilsəsi oldu. Bu xəbəri Amsterdamdakı Müqəddəs Nikolay Mirski Rus Pravoslav Kilsəsi yayıb. Belə ki, kilsə şurasının növbədənkənar iclasında ruhanilər yekdilliklə Moskva Patriarxlığı çərçivəsində fəaliyyət göstərməyi, bu yolla dindarlar üçün mənəvi təhlükəsizlik mühitini təmin etməyi mümkünsüz sayıblar. Onlar arxiyepiskop Eliseydən kanonik ayrılmanı təmin etməyi istəyiblər. Amsterdam kilsəsinin rəhbərliyi Belçika, Hollandiya və Lüksemburqun mitropoliti Afinaqora onları yeparxiyalarına qəbul etmək üçün sorğu göndəriblər. Mitropolit isə onların xahişini nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bu təklif martın 26-da keçiriləcək xüsusi yığıncağında müzakirə ediləcək. Bu yığıncağa qədər isə kilsədə heç bir ayin həyata keçirilməyəcək.
Proses onu göstərir ki, xristian kilsəsində yeni ayrılmalar baş vermək üzrədir. Xatırladaq ki, xristian kilsəsi əsrlər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqyasda bölünmə üç dəfə baş verib. İlk dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrıldığını bəyan etmişdi. 1054-cü ildə isə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölündü. Sonuncu, üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbi yaranaraq qərbi Avropanın əsas inanc mənbəyinə çevrildi. Ümumiyyətlə, Niderland krallığında əsasən protestantlığın kalvinizm cərəyanı hakim “məzhəb” sayılır. Kalvinizm - Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanıdır. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul olunub.
Yei gəlmişkən, Moskva Patriarxlığına bağlı qalan Ukrayna Pravoslav Kilsəsinin də rus kilsəsindən ayrılması gözlənilir. Kilsəyə bağlı din xadimləri bununla əlaqədar Kiyev və Ukrayna mitropoliti Onufriy Ataya müraciət ediblər. Müraciət müəllifləri artıq öz ayinlərində Moskva və Rusiya patriarxı Kirillin adını çəkməyi dayandırıblar. “Biz sizi Ata hesab edirdik, lakin atalıqdan betər oldunuz. Tanrı özü sizi mühakimə etsin”, - deyə din adamlarından biri Rusiya patriarxı Kirillə müraciətdə vurğulayıb.
Siyasi ekspertlərin fikrincə, siyasi-hərbi proseslərdə dini ştrixlər olduqca təhlükəli hal hesab olunur. Moskva Patriarxlığına bağlı olan Ukrayna Pravoslav Kilsəsi Rusiyanın Ukrayna daxilində ən təsirli “yumşaq güc”ü sayılırdı. Doğrudur, Ukraynada Moskvaya bağlı olmayan və Poroşenko dövründə Türkiyənin dəstəyi ilə Konstantinopol Patriarxlığı tərəfindən tanınan müstəqil Pravoslav Kilsəsi olsa da, ukraynalı dindarlar, Qərbdə yaşayan pravoslavlar çox zaman Rusiya patriarxlığını özlərinə öndər hesab edirdilər. Rusiya Ukrayna müharibəsi nəticəsində Qərbin pravoslav kilsələrinin Moskva patriarxlığından ayrılması isə Rusiyaya növbəti zərbə olacaq. Çünki kilsələrin ayrılması Rusiyanın Ukraynadakı dindarlar üzərindəki nüfuzunun da aradan qalxmasına yol açacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

