ABŞ Konqresinin separatçılara maliyyə yardımı hansı məqsədlərə xidmət edir?
17.03.2022 [10:07]
Nardar BAYRAMLI
ABŞ hökuməti Ermənistana və Qarabağdakı separatçılara yardım edəcək. Bununla bağlı ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci maliyyə ili üçün müvafiq qanun qəbul edib. Qarabağ separatçılarına 2 milyon dollar həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Bu təşəbbüslə bir müddət öncə konqresmenlər Adam Şiff, Frenk Pallon, Ceki Speyer və bir sıra digər qanunvericilər Nümayəndələr Palatasının və Senatın Təxsisatlar üzrə Alt Komitələrinə müraciət etmişdilər.
ABŞ-ın Qarabağa maliyyə yardımı ayırmasının əsası varmı? Bu yardım hansı məqsədlərə xidmət edir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, ABŞ Konqresində Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və 220-dən çox üzvü var. Onun sözlərinə görə, Konqres hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırıb: “Həm Ermənistana, həm də separatçı rejimə pul dəstəyi göstərilir. Azərbaycan tərəfi həmişə bu məsələyə etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımdır. 44 günlük müharibədə Ermənistan kapitulyasiyaya imza atdı və belə olan halda orada indi separatçıların tör-töküntüləri fəaliyyət göstərməkdədir. Əslində, 10 noyabr razılaşmasına əsasən separatçı rejimin olan-qalan tör-töküntüləri ərazini tərk etməlidirlər. Təəssüf ki, üçtərəfli Bəyanatın bu bəndi hələ icra edilməyib. Hazırda Qarabağ və Şərqi Zəngəzur var və ABŞ Konqresi qondarma rejimə yardım ayırırsa, o zaman separatizmin dəstəklənməsi anlamına gəlir. Hansı ki, ABŞ Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Azərbaycan ictimaiyyətinin ABŞ-ın bu addımına qarşı mövqeyi kəskindir. Belə hərəkətlər bir daha göstərir ki, Minsk qrupuna ölkəmizdə heç bir etimad yoxdur. Bütün bunlar Minsk qrupunun buraxılmasını tamamilə zərurətə çevirir. Müharibə bitdikdən, tənzimləmə prosesi getdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Vətən müharibəsinə qədər onların davranışlarını ermənipərəst mövqe adlandırmaq olardı, indisə münaqişə bitib, Amerika zəhmət çəksin, sərhədlərin dəqiqləşdirilməsi işinə, iki ölkə arasında nəqliyyat-kommunikasiyaların bərpası məsələsinə dəstək versin, separatizmə yox”.
Politoloq qeyd edib ki, ABŞ Konqresinin həmin vəsaitin humanitar məqsədlər, o cümlədən minatəmizləmə əməliyyatı üçün ayrıldığı bildirilir: “Amma həmin vəsaitin xərclənməsinə nəzarət varmı? Əlbəttə ki, yox. Əslində, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər bu torpaqlarda on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən indiyə qədər isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərmək əsassızdır. Aydındır ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi üçün istifadə olunur”.
Xəbər lenti
Hamısına baxGündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46

