G7 Rusiyaya hansı sürprizi hazırlayır?
06.04.2022 [10:20]
XİN başçılarının Brüssel görüşləri müharibənin istiqamətini dəyişə bilər
P. İSMAYILOV
Böyük dövlətlər yenidən bir masa arxasına toplanır. Belə ki, G7 xarici işlər nazirləri aprelin 7-də Brüsseldə bir araya gələcəklər. Bununla bağlı Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, G7 ölkələrinin xarici siyasət idarəsinin rəhbərləri əvvəlcə Brüsseldə ayrı-ayrılıqda danışıqlar aparacaqlar. Bu danışıqlar Şimali Atlantika (NATO) alyansına üzv dövlətlərin xarici işlər nazirlərinin həmin günə planlaşdırılan iclasından əvvəl baş tutacaq. Hər iki görüşdə Yaponiya xarici işlər naziri Yoşimasa Hayaşi də iştirak edəcək. Hayaşi ilk dəfədir ki, NATO ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşünə məhz alyansın xüsusi dəvəti ilə qatılır. “Yaponiya ilə NATO ölkələri arasında təkcə Ukraynadakı vəziyyət baxımından deyil, həm də azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın gücləndirilməsi planlaşdırılır”, - bəyanatda vurğulanır.
G7-nin və buna paralel olaraq NATO-nun eyni gündə toplantı keçirməsi müttəfiq ölkələrin ciddi qərarlar verəcəyini söyləməyə imkan verir. Bəs bu qərarlar hansı müstəvini əhatə edəcək? NATO yeni silahlandırma və ya hərbi aktivləşmə mərhələsinə qədəm qoyacaqmı? Yaponiyanın bu görüşlərdəki iştirakı Rusiyaya qarşı “şərq cəbhəsini” açacaqmı?
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, hər iki toplantının əsas müzakirə predmeti Ukraynada davam edən müharibə və onun fəsadlarıdır. Bundan başqa, toplantıda Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar, yeni dönəmdə iqtisadi münasibətlərin formalaşdırılması yolları da müzakirə ediləcək. Eyni gündə NATO ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin toplantısının keçirilməsi hərbi müstəvidə də bir sıra yenilikləri şərtləndirə bilər: “İnanıram ki, Ukraynaya hərbi dəstək məsələsi hələ də aktuallığını qoruyur. Ukraynada, xüsusilə Buçada baş verənlər, kütləvi insan tələfatı ilə bağlı hadisələr müzakirə olunacaq. Qeyd edim ki, artıq məsələ BMT müstəvisinə də çıxarılıb və orada da müzakirələr aparılacaq”.
İ.Vəlizadənin fikrincə, müharibənin miqyası dəyişməyəcək. Yəni, hələlik NATO-nun müharibəyə qoşulma ehtimalı yoxdur. “Polşa, Baltikyani ölkələr, Rumıniya hərbi cəhətdən tam hazırlıqlı vəziyyətdədirlər. Hələlik ölkələr arasında söz dueli gedir. Onlar Rusiyaya qarşı tam hazırlıqlı vəziyyətdə olduqlarını desələr də, indiki halda prosesə daxil olmalarına imkan verməzlər. Rusiya isə hərbi fəallığını daha çox Ukraynanın şərq və cənub istiqamətinə yönəltməkdədir. Bu mənada artıq müharibənin yeni mərhələsinin astanasındayıq. Yəqin ki, bu məsələ də xarici işlər nazirlərinin hər iki toplantısında müzakirə predmeti olacaq”, -deyən politoloq Yaponiya XİN rəhbərinin NATO toplantısına qatılmasının zərurətinə də toxunub. Onun sözlərinə görə, buna səbəb ölkələrin sinxron şəkildə addım atmasının təmin edilməsidir: “Yaponiya siyasi cəhətdən NATO-nu, ən əsası isə müttəfiqi olan Böyük Britaniyanın bütün qərarlarını dəstəkləyir. Hazırki mərhələdə isə bu dəstək həm də hərbi müstəvidə sinxronlaşdırılacaq. Hələlik Rusiyaya qarşı Şərq cəbhəsinin açılmasını real saymıram. Sadəcə Rusiyanı bu qorxu altında saxlamaq strategiyası həyata keçirilir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35

