Makronun “Yelisey”də qalma şansı artır
08.04.2022 [10:11]
Hazırki prezident Azərbaycanla münasibətlərdə etimadın möhkəmləndirilməsinə çalışacaq
Sadiq İSMAYILZADƏ
Fransada keçiriləcək prezident seçkilərinin vaxtı yaxınlaşdıqca, rəqiblər arasındakı mübarizə də kəskinləşir. Avropanın aparıcı dövlətlərindən sayılan Fransanda keçiriləcək bu seçkilər “köhnə qitə”nin mərkəzçi qanadının - avrosentristlərin qarşıdakı dövr üçün planlarına mühüm təsir göstərəcək. Bu mənada, seçkiöncəsi proses digər ölkələrdə də maraqla müşahidə edilməkdədir.
Hazırki seçki marafonunda lider, Fransanın indiki prezidenti Emmanuel Makron görünür. Keçirilən sorğular, o cümlədən seçkiöncəsi təbliğat kampaniyaları və dəstək aksiyaları da bunu təsdiqləyir. Düzdür, bir müddət öncəyə qədər öz postunu qoruyacağı şansı az görünsə də, son bir il ərzində nümayiş etdirdiyi siyasi aktivlik E.Makronun nüfuzuna əhəmiyyətli təsir göstərib. Əsasən, Rusiya ilə Ukrayna arasındakı problemlərin dinc yolla həlli istiqamətində göstərdiyi səylər, ikinci mərhələdə isə Kremlə qarşı tutduğu qəti mövqeyi Makronu “Yelisey” sarayının köhnə-yeni sahibi edə bilər.
Ona alternativ olacaq namizədlər isə ultrasağçı mövqeyi ilə tanınan jurnalist Erik Zemmur və “Respublikaçılar” partiyasının namizədi Valeri Pekressdir. Hər iki namizəd açıq ermənipərəst kimi tanınmaqdadır. Hətta Valeri Pekress ötən ilin dekabrında Azərbaycanın suveren torpaqlarına etdiyi qanunsuz səfərə görə ölkəmizin “arzuolunmaz şəxslər” siyahısına düşüb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov qeyd edib ki, seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanın Fransadan gözləntisi qarşılıqlı münasibətlərin etibarlı və faydalı istiqamətdə inkişafıdır. O, qeyd edib ki, Fransanın Vətən müharibəsi dövründə, eləcə də müharibədən sonra atdığı bəzi addımlar ikitərəfli əlaqələrdə etimadın zəifləməsinə səbəb olub. Bildirib ki, Fransa bir çox hallarda ATƏT-in Minsk qrupunun həmsədri kimi öz mandatına uyğun olmayan mövqe nümayiş etdirmişdi ki, bu da Azərbaycan ictimaiyyətinin haqlı suallarına səbəb olmuşdu.
Soltan Məmmədovun sözlərinə görə, son dövrlərdə Azərbaycanla Fransa arasında qarşılıqlı inamın bərpasına stimul verən hadisələrin baş verməsi nikbin düşünməyə əsas verir: “Bu il ANAMA ilə Fransanın ölkəmizdəki səfirliyi arasında Azərbaycanda minatəmizləmə əməliyyatına dəstək haqqında Niyyət Bəyannaməsinin imzalanması, eləcə də Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında Brüsseldə ötən ilin sonunda qeyri-formal görüşün təşkili müsbət elementlər kimi qiymətləndirilə bilər. Artıq bir çox müşahidəçilər də təsdiq edirlər ki, seçkilərdə hazırkı prezident Emmanuel Makronun qalib gəlmək şansı daha yüksəkdir. Düşünürəm ki, həm regiondakı, həm də dünyadakı geosiyasi reallıqlar haqqında məlumatlı bir şəxs kimi, E.Makron Azərbaycanla münasibətlərdə etimadın möhkəmləndirilməsinə çalışacaq. Çünki bunu, ilk növbədə, Fransanın öz maraqları tələb edir”.
Milli Məclisin deputatı Azərbaycan-Fransa münasibətlərinin dərin tarixə, qarşılıqlı maraqlardan qaynaqlanan zəngin iqtisadi və siyasi bazaya malik olduğunu vurğulayaraq, qeyd edib ki, dünyada və regionda baş verən proseslər əlaqələrin daha da möhkəmləndirilməsini zəruri edir: “Hesab edirəm ki, Azərbaycanın xarici siyasətinin prinsipləri hər kəs üçün aydındır. Bizim ölkəmiz beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş kimi tanıtmağa nail olub. Azərbaycan Prezidentinin də dəfələrlər qeyd etdiyi kimi, bizim ölkəmiz bütün dövlətlərlə əlaqələrini qarşılıqlı hörmət, beynəlxalq hüququn fundamental prinsiplərinə sədaqət, bərabərhüquqlu münasibətlər əsasında qurur. Eyni zamanda, 44 günlük müharibənin nəticəsi olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar, regionun təhlükəsizlik konfiqurasiyasının dəyişməsi faktını da nəzərə almaq lazımdır”.
Soltan Məmmədov qeyd edib ki, son dövrlər beynəlxalq münasibətlər sistemində kifayət qədər fəal siyasət yürütmək təşəbbüsləri göstərən Fransa Cənubi Qafqazda baş vermiş dəyişikliklərə də praqmatik yanaşmalıdır. Millət vəkilinin fikrincə, ikitərəfli əlaqələrin inkişafı xalqların maraqlarına cavab verdiyindən, Fransada keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, əlaqələrin gücləndirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

