15 ilin uğurlarına bərabər itkilər
08.04.2022 [10:14]
Beşinci sanksiyalar paketi Rusiya iqtisadiyyatının son nəfəsliyini də bağlamağı hədəfləyib
Müharibə davam etdikcə ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların da əhatə dairəsi genişlənir. İndiyədək şimal qonşumuzun iqtisadiyyatının və maliyyə qurumlarının imkanlarının məhdudlaşdırılmasına hesablanan 4 sanksiyalar paketi qüvvəyə minib. Bu günlərdə isə ABŞ və Avropa İttifaqı tərəfindən sayca beşinci və məzmunca daha sərt sanksiyalar paketi elan olunub.
M.ABDULLAYEV
Yeni qadağalar
Beşinci sanksiyalar paketinin əhatə dairəsi kifayət qədər genişdir. Burada Rusiyaya qarşı bir sıra yeni qadağalar nəzərdə tutulub. Belə ki, ABŞ harada yaşamalarından asılı olmayaraq bütün Amerika vətəndaşlarına Rusiyaya sərmayələr yönəltmələrini qadağan edib. Şimal qonşumuzun iri dövlət müəssisələrinə qarşı tam təcridedici qadağalar qüvvəyə minib. ABŞ-ın maliyyə nazirliyi Rusiyaya Amerikanın yurisdiksiyasında olan vəsaitlər üzrə borclarının ödənilməsinə qadağa qoyub. Yeni sanksiyalara görə, Rusiyaya yeni texnologiyalar göndərilməsinin qarşısı tamamilə alınacaq.
Bu arada Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Aİ-nin Rusiyaya qarşı elan etdiyi beşinci sanksiyalar paketinin hansı məsələləri əhatə etdiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, Aİ-nin sanksiyalar paketində Rusiyaya qarşı qadağalar bir neçə istiqamətdə tətbiq olunacaq. Beləliklə, bundan sonra Rusiya gəmiləri Avropa İttifaqı zonasında yerləşən limanlara daxil ola bilməyəcəklər. Bundan başqa, Rusiyaya 10 milyard avro dəyərindən artıq yarımkeçiricilərin, avtomobillərin və nəqliyyat avadanlıqlarının ixracı qadağan edilib. Rusiya şirkətlərinə Avropa İttifaqı zonasında dövlət sifarişlərinin alınmasında iştirak hüququ yasaqlanıb. Qadağalar, eyni zamanda, şimal qonşumuzun dövlət orqanlarına hər hansı maliyyə dəstəyinin göstərilməsini əhatə edir. Yeni sanksiyalar paketinə əsasən, Rusiyadan illik kömür ixracı 4 milyard avronu ötməməlidir. Avropa Komissiyasının sədri onu da deyib ki, Rusiyanın dörd bankına, o cümlədən də BTB-yə hər hansı bir transaksiya əməliyyatı aparmağa imkan verilməyəcək.
Yeni sanksiyalar paketinə əsasən, Rusiyanın bir sıra vətəndaşları da sanksiyalar altında olacaqlar. “Qara siyahı”da Rusiya prezidenti Vladimir Putinin qızlarının və xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşının adları yer alır. Moskvanın meri Sergey Sobyanin, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, təhlükəsizlik şurası sədrinin müavini Dimitriy Medvedev, baş nazir Mixail Mişustin, prezident administrasiyasının rəhbəri Anton Vayno, keçmiş baş prokuror Yuriy Çayka və digər rəsmi şəxslər də sanksiyalar altına düşüblər.
Uzunömürlü sanksiyalar
Sadalananlar həm ABŞ-ın, həm də Avropa İttifaqının beşinci sanksiyalar paketində yer alan qadağaların yalnız bir qismidir. Siyahı isə daha uzundur. Ancaq bu qısa xülasə də qarşıdakı dövrdə Rusiyanı hansı çətinliklərin gözlədiyi barədə konkret təsəvvür yaradır. ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi bəlli deyil, müharibə, hətta uzun müddət davam edə bilər. Belə bəlli olur ki, elə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da, necə deyərlər, uzunömürlü olacaq. ABŞ-dan və onun sanksiyalar üzrə müttəfiqlərindən gələn məlumatlara görə, qadağaların tətbiqində əsas məqsəd Rusiyanın iqtisadi-maliyyə imkanlarını tamam tükətməkdən və ölkəni defolt vəziyyətə salmaqdan ibarətdir. Ağ ev rəhbərinin ifadə etdiyi fikirlərə görə, sanksiyalar cəmi bir ilə Rusiya iqtisadiyyatının son 15 ildəki uğurlarını tam şəkildə sıfırlamağa imkan verəcək. O, əminliyini ifadə edərək bildirib ki, Rusiyaya texnologiyaların ixracının qadağan edilməsi bu ölkənin imkanlarını və iqtisadiyyatın artımını əhəmiyyətli dərəcədə aşağı salacaq. Əslində, yeni sanksiyalar paketinin tətbiqi Rusiya iqtisadiyyatının son nəfəsliyinin də bağlanması anlamına gəlir. Təkcə o səbəbdən ki, XXI əsrdə müasir texnologiyalar olmadan iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq və bazar qazanmaq əsla mümkün deyil.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58

