Ohanyan Qarabağ “səddi”ni niyə aşa bilmədi?
14.04.2022 [10:28]
Erməni deputatlar Azərbaycana buraxılmadı
P.İSMAYILOV
Bu ayın sonunda Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm danışıqlar mərhələsinin başlanacağı gözlənilir. Brüssel görüşündə əldə olunan razılıq sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin həllinə yol açacaq. Artıq Ermənistan bununla bağlı öz razılığını ifadə edib.
Amma bu ölkədəki revanşist qüvvələr hələ də sülh prosesinə mane olmağa çalışır. Məsələn, Ermənistan parlamentinin “Hayastan” blokunun rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentin son iclasında qondarma “artsax bayrağını” taxıb iclasları dörd günlüyə boykot etdiyini, fraksiyanın üzvləri ilə Xankəndiyə və sərhəd rayonlarına səfər edəcəklərini elan edib. Hakim partiyanın deputatı Aleksanyan isə “bayrağı” çıxararaq buna ehtiyac olmadığını bildirib. Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan isə erməni deputatların Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmadığı barədə məlumat verib. “Hayastan” fraksiyasının üzvü Artur Kazinyan isə bildirib ki, deputatların avtomobilləri nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O deyib ki, Azərbaycan tərəfi rusiyalı sülhməramlıların operativ qərargahına deputatların Azərbaycan ərazilərinə buraxılmaması ilə bağlı təlimat verib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Ermənistan parlamentində baş verənləri müxalifətlə iqtidar arasında dərin fikir ayrılığı kimi qiymətləndirib. Onun sözlərinə görə, Seyran Ohanyanın iclasların boykot olunması, qondarma separatçı quruma dəstəyi ilə bağlı bəyanatı bəzi məqamlardan xəbər verir: “Ohanyan, hətta tribunaya separatçılara məxsus qondarma əski parçasını yerləşdirməyə çalışsa da, digər deputatlar onu götürüb kənara qoydular. Bildirdilər ki, danışıqlar Azərbaycan ilə Ermənistan arasında gedir. Bu prosesdə hər hansı bir qondarma qurumdan söhbət gedə bilməz. Ermənistan parlamentində əsasən Ohanyanın və Hovanesyanın rəhbərlik etdiyi fraksiyalar revanşist ideyalar səsləndirirlər. O ki qaldı erməni deputatların Qarabağa getmək cəhdinə, bunun da qarşısı alınıb. Dövlətimiz Qarabağa gəlməyə çalışan erməni deputatların siyahısını sülhməramlı qüvvələrə təqdim edərək onların ümumiyyətlə Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı tapşırıq verib. Əks halda, onların həbsi, Azərbaycan ərazisindən çıxarılması məsələsi gündəmdə olacaqdı. Ermənilər nə qədər səs-küy salsalar da xeyri olmadı. Bu, başlanğıcdır. Onlar başa düşməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyü var, suverenliyi var, Qarabağ tarixi Azərbaycan torpağıdır. Oraya hər hansı bir siyasi və ya digər müdaxilə ola bilməz və olmayacaqdır”.
Revanşistlərin sülh danışıqlarına mane olmaq cəhdinə toxunan millət vəkilinin sözlərinə görə, onlar anlayır ki, sülh müqaviləsi imzalansa, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatsa, aqibətləri pis olacaq. “Bu insanlar törətdikləri cinayətlərin məsulyyətini daşıyacaqlar və həbs olunacaqlar. Bu baxımdan nəyin bahasına olursa olsun hazırki status-kvonu qoruyub saxlamaq və ya mitinqlər keçirmək istiqamətində addımlar atırlar. Amma bunun xeyri yoxdur”, - deyən A.Nağıyev Laçından çəkiləcək ikinci yolla bağlı məsələyə də toxunub. Onun fikrincə, burada əsas məsələ Laçın şəhərinin birmənalı şəkildə Azərbaycanın nəzarətinə keçməsidir: “Dəhliz Azərbaycanın nəzarətinə keçir. Ermənilərin Qarabağ ərazisinə gəlməsi müvafiq standartlara uyğun olaraq sərhəd keçid yoxlaması ilə tənzimlənəcək. Düşünürəm ki, sülhməramlı qüvvələr də Laçın dəhlizini tərk edərək dislokasiya edəcəklər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44

