Qırğızıstan və Tacikistan arasında problemin tezliklə həlli real görünmür
19.04.2022 [10:19]
Nardar BAYRAMLI
Qırğızıstan və Tacikistan sərhədində yenidən gərginlik yaranıb. Qırğızıstan əsgərləri Tacikistan sərhədindəki Leylək rayonunun Selkana qəsəbəsində xidmət edərkən, qarşı tərəfin əsgərləri Qırğızıstan ərazisinə 20 metr daxil olublar. Qırğızıstan hərbçiləri isə buna mane olmaq üçün havaya xəbərdarlıq atəşi açıb və bundan sonra atışma başlayıb. Qırğızıstan Sərhəd Xidməti, eyni zamanda, Tacikistan əsgərlərinin sərhəddəki Dostuk kəndini minaatanlardan vurduğunu bildirib və qarşı tərəfi vəziyyəti daha da gərginləşdirməməyə çağırıb. Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında baş verən atışma nəticəsində 2 qırğız əsgəri yaralanıb, 1 tacik əsgəri isə həlak olub. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada 246-sı uşaq və 345-i qadın olmaqla, ümumilikdə 644 nəfərin sərhəd bölgəsindən təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib. Atışma bitdikdən sonra təxliyə edilənlərdən 50 nəfəri öz evinə qayıdıb.
Tezliklə sərhəddə sərhəd xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib və müvafiq protokol imzalanıb. Tərəflər münaqişə zamanı sərhədə cəlb olunmuş qüvvələrin çıxarılmasının davam etdirilməsi, sərhəd dəstələrinin hərəkət marşrutlarını dəqiqləşdirəcək işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan iki ölkənin arasında mövcud gərginliyin səbəbləri nədir? Sovet İttifaqının dağılmasından sonra Qırğızıstanla Tacikistan arasında sərhədin əhəmiyyətli hissəsi həll olunmayıb. 972 kilometrlik sərhəd xəttindən 662 km-i razılaşdırılıb. Ən kəskin vəziyyət isə Qırğızıstanın Batken vilayətində (Ak-Sai, Kok-Taş, Səmərqəndıq kəndləri) və Tacikistanın Suqd vilayətində (Çorku və Surx kəndləri) müşahidə olunur. Bölgədə anklav ərazi məsələsi də qalmaqdadır. Qırğızıstanla Tacikistan arasındakı anklavların böyük qismi Qırğızıstanın sərhədləri daxilində yerləşir. Bu vəziyyət də yol keçidləri kimi müəyyən problemlərin yaranmasına gətirib çıxarır. O cümlədən Vorux anklavı ətrafında da daim problemlər yaranır. Tacikistan prezidenti Emomali Rəhmon ötən ilin aprelində baş vermiş gərginlikdən əvvəl bölgəyə səfəri zamanı Voruxun mümkün mübadiləsini rədd edib.
Hazırda yaranmış vəziyyətlə əlaqədar Qırğızıstan prezidenti Sadır Japarov ölkə vətəndaşlarını təmkinli olmağa, təxribatlara uymamağa çağırıb. Sərhəd problemi ilə bağlı danışıqların getdiyini deyən dövlət başçısı bu prosesin vaxt tələb etdiyini söyləyib. O, prezidentlik müddətinin bitməsinə qədər bu məsələni həll etmək niyyətində olduğunu vurğulayıb.
Tacikistan prezidenti Emomali Rəhmon da deyib ki, iki ölkə arasında sərhəd məsələləri yalnız danışıqlar yolu ilə həll edilə bilər. O bildirib ki, Tacikistan hökuməti dövlət sərhədinin demarkasiyası ilə bağlı danışıqların tezliklə aparılmasında maraqlıdır: “Lakin vurğulayıram ki, sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin koordinasiyası və demarkasiyası çox mürəkkəb prosesdir və mütəxəssislərdən çoxlu vaxt və səy tələb edir. Tacikistan qarşılıqlı razılıq əldə etmək üçün hər iki tərəfin milli maraqlarını nəzərə almaqla mövcud problemlərin faydalı həllində danışıqların qəti tərəfdarıdır. Bir daha bildirirəm ki, dövlətlər arasında sərhəd məsələləri yalnız danışıqlar yolu ilə həll oluna bilər, başqa yol yoxdur”.
Beləliklə, görünən odur ki, iki ölkənin sərhədlərində insidentlər hələ davam edəcək. Çünki problemin tezliklə həlli real görünmür.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

