Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rokfey Arutunyana niyə salam vermədi?

Rokfey Arutunyana niyə salam vermədi?

19.04.2022 [10:27]

Fransanın dövlət rəsmisi separatçılarla görüşmək istəmədi

PƏRVİZ

II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yürütdyü xarici siyasət kursu regionda yeni bir mənzərə formalaşdırdı. Artıq bütün dünya Azərbaycanın formalaşdırdığı bu yeni siyasi-hərbi reallıqları qəbul edir. Hətta uzun illər bu və ya digər şəkildə işğalçı Ermənistana, qondarma erməni separatizminə dəstək verən dövlətlər və beynəlxalq statuslu təşkilatlar belə yeni mərhələdə mövqelərində mühüm korrektələr etmək məcburiyyətində qalıblar. Özünün ərazi bütövlüyünü hərbi güc yolu ilə təmin edən Azərbaycan artıq Ermənistanla sərhədlərini müəyyənləşdirir və bununla da 2020-ci ilin noyabrın 10-dan başlanan prosesin yaxın zamanda yekunlaşacağına böyük ümidlər yaranır. Prosesin inkişaf trayektoriyası isə gündən-günə daha da maraqlı yön alır. Bir zamanlar “Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsində vasitəçi rol oynamağa çalışan ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq baş verənləri sakit bir şəkildə müşahidə etməyə, prosesin iki ölkə arasındakı inkişafına kənardan baxmağa üstünlük verirlər. O cümlədən artıq qondarma separatçı qurum da heç kim üçün maraq kəsb etmir. Bunu, həmin ölkələr öz fəaliyyətləri ilə sübut etməyə çalışırlar. Məsələn, aprelin 11-də İrəvana rəsmi səfər edən Fransa Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Bris Rokfey Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla, eləcə də ölkənin digər yüksək rütbəli rəsmiləri ilə görüşüb. Aprelin 16-da Rokfeyin Ermənistana səfərinin təfərrüatlarını dərc edən “Hraparak” qəzeti bildirib ki, səfər zamanı erməni tərəfi xüsusi nümayəndə ilə Qarabağ separatçılarının başçısı Araik Arutunyan arasında ikitərəfli görüş hazırlayırmış. Lakin fransız diplomatın imtinası səbəbindən bu görüş baş tutmayıb. Bundan başqa, Rokfey separatçıların “xarici işlər naziri” David Babayanla da görüşməkdən imtina edib.

Əslində bu kimi qəti mövqelər və ya addımlar Avropanın və digər qlobal güclərin Azərbaycan ilə Ermənistan arasındakı problemin birdəfəlik həllində maraqlı olduğunu deməyə əsas verir. Bir zamanlar Fransa və bu kimi bəzi dövlətləri özünün “pənah yeri” sayan separatçılara artıq “salam” belə verilmir. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin əldə etdiyi nailiyyətdir. Düzgün qurulmuş çoxvektorlu dövlət siyasəti kursu Azərbaycanın dünyadakı nüfuzunun günü-gündən artmasını şərtləndirib. Hətta aprelin 6-da baş tutan Brüssel görüşünün ardından ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanat yayan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel də təmsil etdiyi qurumun regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək niyyətini bildirmişdi. Bunun üçün isə regionda dayanıqlı sülhün təmin olunması ən vacib şərtdir. Artıq yaxın zamanda Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiya fəaliyyətə başlayacaq. Bu isə rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını deməyə əsas verir. Belə olan halda Qarabağdakı separatçı tör-töküntü nəinki öz “aktuallığını itirəcək”, hətta onlar törətdikləri cinayətlərin məsuliyyətini daşımalı olacaqlar. Azərbaycanın Qarabağ zəfərinin ardından Qərbin onlara tam arxa çevirməsi, Ermənistanı isə lazımsız əşya kimi ortada buraxması onların sonunun yetişdiyini bir daha üzə çıxarır.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31