“Milli şura”nın antimilli çağırışı...
27.05.2022 [10:22]
Nə məqsədlə və niyə məhz indi?!
Onların mina xəritələrinin Azərbaycana verilməsi, erməni vandalizmi və digər məsələlərlə əlaqədar beynəlxalq birliyə müraciət etmələrinə heç vaxt şahid olmamışıq.
Nurlan QƏLƏNDƏRLİ
İndi çoxəsrlik dövlətçilik tariximizin Zəfər mərhələsidir. Hərb meydanında qazanılmış tarixi Qələbənin strateji prosesə çevrilməsi, ictimai, siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün məqsədyönlü addımlar atılır. Konkret olaraq:
- Böyük Qayıdışın zamanında və yüksək səviyyədə təmin olunması üçün sistemli işlər görülür;
- Cənubi Qafqazda etimad quruculuğu istiqamətində prinsipial mövqe sərgilənir və strateji fəaliyyət həyata keçirilir: Ermənistanla sülh müqaviləsinin imzalanması diqqət mərkəzindədir, danışıqlar aparılır - təmaslar davam edir;
- Həm region ölkələri, həm də bölgədənkənar dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətləri gücləndirilir, yeni əməkdaşlıq platformalarının yaradılması fəal müzakirə olunur və s.
Bütün bunlar, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi məktubda qeyd edildiyi kimi, “tarixin mühüm anı”nda baş verir.
İndi həm də kritik və həssas zamandır. Çünki:
- Regionda Azərbaycanın fəal iştirakı ilə və bilavasitə geosiyasi iradəsi əsasında yeni nizam yaranır. Bakı proseslərin mərkəzindədir;
- Beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sülh və etimad quruculuğu prosesinə şahidlik edir. Bir neçə gün əvvəl Brüsseldə Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın görüşü zamanı müzakirə olunan məsələlər prosesin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Artıq sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyalar formalaşdırılıb və görüş baş tutub. Bu, irəliləyiş deməkdir - sülhə doğru qəti addımlar atılır;
- Digər tərəfdən, Zəngəzur dəhlizi ilə əlaqədar razlaşma əldə edilib ki, bu da yeni tarixi-strateji prosesin başlanğıcıdır.
Belə taleyüklü məqamda milli həmrəylik, siyasi birlik nümayiş etdirmək, dövlətin maraqlarını qorumaq zəruridir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin vətəndaşlıq borcudur. Amma...
Yenə də məhdud maraqlarının, siyasi ambisiyalarının əsirinə çevrilərək mühüm (və kritik) anlarda öz ampluasında olanlar var. Söhbət bir həsir, bir də məmmədnəsirdən ibarət olan, sıralarında 3-5 nəfəri birləşdirən “milli şura”dan gedir.
Yayılan məlumata görə, “milli şura” adlı konyuktur dərnək beynəlxalq birliyi insan haqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırıb. Maraqlıdır, bu çağırış indiki məqamda niyə edilib və belə bir müraciətə nə lüzum var?
Təbii ki, bu siyasi dəstənin tarixi proseslərin cərəyan etdiyi hazırkı mərhələdə aldıqları qrant, qonorar qarşılığında belə bir addım atması təsadüfi deyil. İlk növbədə, Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nəticə və nailiyyətlərdən diqqəti yayındırmaq üçün belə bir çağırış edilir. İkincisi, bu, beynəlxalq ictimai rəydə ölkəmizin imicini korlamaq cəhdidir.
Hədəf Azərbaycandır!
Mənzərə paradoksal olsa da, reallığı əks etdirir. Sülh prosesində irəliləyişə nail olunması iki qüvvəni xüsusilə narahat edir: erməni lobbi və diaspor təşkilatları; Ermənistandakı revanşistlər. Üçüncü tərəf isə “beşinci kolon” funksiyasını yerinə yetirən “milli şura” kimi düşmən xislətli - mənfur fitrətlilərdir. Bəs onlar kimdən revanş götürmək niyyətindədirlər? Azərbaycan xalqından və dövlətindən?!
Bu gün beynəlxalq birliyə çağırış edən “milli şura”nın nümayəndələri - özünü “siyasi ağsaqqal” obrazında görən Cəmil Həsənli, “siyasi ofsayd” vəziyyətinə düşərək proseslərdən kənarda qalmış Əli Kərimli, radikal düşərgənin “siyasi afroditası” (və ya primadonnası) qiyafəsinə bürünmüş Gültəkin Hacıbəyli kimiləri... “həftə səkkiz, mən doqquz” xaricdən idarə olunan “youtube” kanallarında zühur edərək pafoslu çıxışlarla gündəmə gəlirlər. Halbuki onların mina xəritələrinin Azərbaycana verilməsi, erməni vandalizmi və digər məsələlərlə əlaqədar beynəlxalq birliyə müraciət etmələrinə heç vaxt şahid olmamışıq. Axı bu da insan hüquqları məsələsidir. Guya bilmirlər? Yaxşı bilirlər!
Yaxşı xatırlayırıq, illər öncə həmin qruplaşma Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlamışdı. Məktubun məzmunu anti-Azərbaycan xarakterli idi, dövlətimiz hədəf seçilmişdi. Bu gün Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Əli Kərimli və “ansambl yoldaşları” 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar. Maraqlıdır, bir ölkənin başçısına necə olur ki, gah “diktator”, gah “demokrat” deyə müraciət olunur. Bu sevgi və nifrət haradan qaynaqlanır? Reallıq dəyişib? Xeyr, hər şey olduğu kimi və yerindədir: dəyişən, sadəcə olaraq, siyasi buqələmunların rəngidir. Və bir də dəyişməyən var: o da “milli şura” adlı yığıncaqda cəmləşənlərin xisləti - fitrəti və vərdişləridir.
Göründüyü kimi, bu, “milli şura”nın birinci və sonuncu cəhdi deyil. Heç təəccüblü də deyil!
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

