BMT TŞ Şimali Koreyaya qarşı qətnamə qəbul edəcəkmi?
27.05.2022 [10:38]
Rusiya və Çin veto hüququndan istifadə edə bilər
Nardar BAYRAMLI
BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası ilə bağlı iclas keçirəcək. “Reuters” agentliyinin ABŞ administrasiyasının rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ rəsmi Pxenyana qarşı daha sərt sanksiyalar tətbiq etmək istəyir. Bu məqsədlə BMT Təhlükəsizlik Şurasının iclasında müvafiq qətnamə layihəsinin səsverməyə çıxarılması gözlənilir.
Qeyd edək ki, Şimali Koreya mayın 25-də Yapon dənizinin şərq sahillərinə üç ballistik raket atıb. Yaponiya və Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu, Şimali Koreyanın 2022-ci ilin əvvəlindən bəri keçirilən 17-ci ballistik raket sınağıdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, ballistik raketlərin Yapon dənizinə atılması ABŞ prezidenti Cozef Baydenin Yaponiyaya səfərini başa vurduqdan bir neçə saat sonra baş verib. Cənubi Koreya ordusunun məlumatına görə, atılan raketlərdən biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.
Ekspertlər hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması məhz Şimali Koreyanın bu raket sınaqlarını keçirməsi ilə bağlıdır. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, ABŞ Şimali Koreyanın nüvə sınağına hazırlıq gördüyünü ehtimal edir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası indiyə qədər də Şimali Koreyaya qarşı qətnamələr qəbul edib: “Bir neçə il əvvəl ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın 8 bankı və onları xarici ölkələrdə təmsil edən 26 Şimali Koreya vətəndaşına qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiyalar Şimali Koreyanın raket və nüvə proqramlarını reallaşdırması ilə bağlı tətbiq edildi. Maliyy Nazirliyi həmin bankların Şimali Koreyanın nüvə proqramına dstk vermk üçün istifadə edildiyini bildirmişdi. Bu ilin aprel ayında isə Avropa İttifaqı Şurası Şimali Koreyanın sanksiyalar siyahısına səkkiz fiziki və dörd hüquqi şəxsi əlavə edib. Məhdudlaşdırıcı tədbirlərə Aİ ölkələrinə səyahət qadağası, aktivlərin dondurulması və bu siyahıda olan şəxslərə maliyyə resurslarının verilməsinə qadağa daxildir. Sənəddə vurğulanırdı ki, siyahıda raket proqramının inkişafı ilə bağlı qurumlarda rəhbər vəzifələrdə çalışan şəxslər, habelə qanunsuz silah proqramları üçün vəsait yarada biləcək qurumlar yer alıb. Avropa İttifaqı KXDR-i sabitliyi pozan hərəkətlərini dayandırmağa və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırıb. Lakin görünən odur ki, rəsmi Pxenyan öz mövqeyindən əl çəkmək niyyətində deyil. ABŞ Prezidenti C.Bayden ötən həftənin sonunda Seula səfəri zamanı Cənubi Koreyalı həmkarı ilə Şimali Koreyanın artan silah sınaqlarının qarşısını almaq üçün birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı razılığa gəlmişdilər. Belə olan təqdirdə, ABŞ prezidentinin Yaponiyaya səfərinin başa çatmasından dərhal sonra Şimali Koreyanın raket sınaqlarını keçirməsi regionda güc nümayişinin göstəricisidir”.
Politoloq qeyd edib ki, rəsmi Pxenyanın raket sınaqları region dövlətləri, o cümlədən ABŞ tərəfindən narahatlıqla qarşılanır: “Görünən odur ki, ABŞ prezidentinin Yaponiyaya səfərinin başa çatmasından sonra Şimali Koreyanın Yapon dənizinə ballistik raketlər atması rəsmi Vaşinqtonu daha da qıcıqlandırıb. Ona görə də, rəsmi Pxenyanı cəzalandırmaq istəyir. Bu səbəbdən də, BMT Təhlükəsizlik Şurasının növbəti iclası çağırılıb və iclasda Şimali Koreyaya qarşı yeni sanksiyalara dair qətnamə müzakirəyə çıxarılacaq. Həmin qətnamənin qəbul edilib-edilməməsi isə səsvermənin yekunundan asılıdır. Hazırda ABŞ-la soyuq münasibətləri olan Rusiya və Çin səsvermədə veto hüququndan istifadə edə bilər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

