Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hədəfə 6 kilometr qalır...

Hədəfə 6 kilometr qalır...

02.07.2022 [10:03]

Zəngəzur dəhlizi açılır!

“İzvestiya” qəzeti Bakı ilə İrəvan arasında konstruktiv dialoq qurulduğunu yazır

Nurlan QƏLƏNDƏRLİ

Cənubi Qafqazda sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması diqqət mərkəzindədir. Tərəflər arasında sülh müqaviləsinin imzalanması ilə yanaşı, kommunikasiyaların bərpası məsələsi də bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur.

Tərəflər razılığa gəliblər

Prezident İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”, - deyə vurğuladı. Bununla yanaşı, məsələ xarici media orqanlarında, strateji tədqiqat mərkəzləri və ekspertlər tərəfindən müzakirə edilir, müxtəlif fikirlər səsləndirilir, proqnozlar verilir. Yeri gəlmişkən, Rusiyanın “İzvestiya” qəzeti yazır ki, Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi ilə nəqliyyat dəhlizi üzrə konstruktiv dialoq qurulub. Nəşrin iddiasına görə, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi üzrə avtomobil yolu ilə bağlı razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə qalıb. “Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər. Baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutun istiqamətlərini razılaşdırmaq mümkün olub”, - deyə qeyd olunub. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan isə söyləyib ki, Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər. 

Azərbaycanın geosiyasi iradəsi həlledicidir

Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi - İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüşü zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq mövqe bildirildi - razılıq əldə olundu. Şarl Mişel görüşün nəticələri ilə əlaqədar mətbuata açıqlamasında bu məsələyə toxunaraq “Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər” - deyə bildirməsi bu reallığı təsdiqləyir.

Azərbaycan fəaliyyətini davam etdirir, müvafiq işlər görülür. Ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi mənfəət qazanacaq. Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Ona görə də layihə həm region dövlətləri, həm də əməkdaşlıqda maraqlı olan - iştirak edən bölgədənkənar qüvvələr üçün mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir.

Tarixi şans

Ermənistan isə prosesdə hər hansı bir gecikməyə yol verməməli, öhdəliklərini vaxtında yerinə yetirməlidir. Çünki bu layihə regional təcrid vəziyyətində olan Ermənistanın xilası üçün həyati əhəmiyyətə malikdir. Nəzər alınmalıdır ki, indi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır. Təbii ki, İrəvan düzgün seçim edərsə...

Regional miqyaslı, qlobal əhəmiyyətli layihə

Zəngəzur nəqliyyat dəhlizi bir sıra ölkələrin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini təmin edəcək. Ona görə də layihə miqyasına görə regional, əhəmiyyətinə görə qlobal xarakter daşıyır. Atılan addımlar, verilən açıqlamalar - səsləndirilən fikirlər Zəngəzur dəhlizinin artıq gerçəkliyə çevrildiyini təsdiqləyir. Beləliklə, Azərbaycan postmüharibə dövründə strateji hədəfləri addım-addım reallaşdırır, bölgədə yeni - sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti yaranır.

Paylaş:
Baxılıb: 150 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31