Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan 2-ci sıraya yüksəlib

Azərbaycan 2-ci sıraya yüksəlib

26.07.2022 [10:04]

İnsan alveri ilə mübarizə hökumətin prioritet istiqamətlərindəndir

Günel ABBAS

Azərbaycan dövləti tərəfindən insan alverinə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl və məqsədyönlü siyasət aparılır, müvafiq dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə olunmaqdadır. Azərbaycan miqrasiya sahəsində qlobal tərəfdaşı olan BM?T ilə miqrasiyanın idarə edilməsi, insan alverinin qarşısının alınması sahəsində mühüm işlər, o cümlədən preventiv tədbirlər həyata keçirir. İnsan alveri ilə mübarizə Azərbaycan Hökumətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin bu sahədə təcrübəsi bir sıra ölkələr üçün nümunədir. Son illər ərzində Azərbaycan insan alveri ilə mübarizə sahəsi bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu sahədə qanunvericilik bazası müasir dövrün tələbləri, beynəlxalq qurumların tövsiyələri və mütərəqqi təcrübə nəzərə alınmaqla təkmilləşdirilir.

Son bir ildə bu tədbirlər bir qədər də mütərəqqi xarakter alıb. Bunun nəticəsidir ki, ABŞ Dövlət Departamenti 2021-2022-ci il hesabatında Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Departament qeyd edib ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Azərbaycan”a bildirib ki, Azərbaycan 3-cü il idi ki, bu siyahıya daxil olurdu: “Görünən o idi ki, biz insan alverinə qarşı tədbirləri bir qədər də mütərəqqi etməli, sürətləndirməliydik. Maarifləndirmə və digər tədbirlərin keyfiyyətini artırmalıydıq. Belə də oldu, bütün səylərimizin nəticəsi kimi ABŞ Dövlət Departamentinin 2021-2022-c il hesabatında Azərbaycan insan alveri ilə bağlı İzləmə Siyahısından çıxarılaraq 2-ci səviyyəyə yüksəldildi. Qeyd edim ki, hesabat 188 ölkəni qiymətləndirir və hər bir ölkənin insan alverinə qarşı mübarizə səylərinə əsasən dörd kateqoriyadan birini təyin edir. Son hesabatda 2021-2022-ci illər arasında dünya üzrə bu cür halların və qurbanların sayının 25 milyona çatdığını açıqlayıb. Hesabatda 11 ölkə öz vətəndaşlarını alver etməkdə ittiham olunub. Çin, İran, Suriya, Əfqanıstan, Somali və Yəmən kimi ölkələr isə insan alveri ilə ən pis mübarizə aparan ölkələr siyahısına başçılıq edir”.

Ç.Qənizadə qeyd edib ki, hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirib: “Bu səylərə əvvəlki illərlə müqayisədə nisbətən daha çox insan alverçisinin həbs edilməsi, daha ciddi cəzaların verilməsi və şərti cəzaların sayının azaldılması daxildir. Hökumət insan alveri qurbanlarının müdafiəsi istiqamətində görülən işləri genişləndirərək insan alveri qurbanlarına və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətində olan insan alveri qurbanları üçün sığınacağa yardımı artırıb. Hökumət insan alveri qurbanlarının şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətə Dövlət Miqrasiya Xidmətini (DMX) cəlb etmək və insan alverinin qurbanına çevrilmiş əcnəbi vətəndaşların reviktimizasiyasının qarşısının alınması ilə əlaqədar tədbirləri əhatə etmək üçün qanunlara düzəlişlər edib. Bu cür əhəmiyyətli tədbirlərin sayı artırıldıqca inanıram ki, növbəti ilin hesabatında Azərbaycan daya yaxşı bir mərhələyə qədəm qoyacaq”.

Paylaş:
Baxılıb: 145 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31