Humanizmin növbəti nümunəsi və təntənəsi
06.01.2011 [12:27]
Azərbaycan insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu demokratik ölkələrdəndir. Məlum olduğu kimi, demokratik transformasiya strategiyasının yüksək səviyyədə reallaşdırıldığı ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Belə ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi demokratikləşmə siyasəti özündə məhz humanist prinsipləri ehtiva edib.
Təsadüfi deyil ki, Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə ictimai-siyasi proseslərdə və sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə nəticə etibarilə çoxşaxəli humanizm siyasətin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Sözügedən çoxşaxəli humanizm siyasətin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da atılmaqdadır. Bunlardan birini də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin, amnistiya haqqında fəmanlar təşkil edir...
Qeyd etdiyimiz kimi, ölkəmizdə təcəssümünü tapmış bu cür humanizm siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ 1995-ci ildə əfv və amnistiya təsisatlarının bərpa edilməsi, Ombudsman institutunun yaradılması, bunun ardınca cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində cəmiyyətə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Bu isə ədalətli və sağlam təməllərə əsaslanan cəmiyyət quruculuğu işini sürətləndirən misilsiz amil kimi dəyərləndirilməlidir...
Bu gün isə özündə yüksək dəyərləri və normaları ehtiva edən humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. Təsadüfi deyil ki, səhvindən səmimi peşmançılıq duyan, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların bağışlanması ilə bağlı bu günədək Prezident İlham Əliyev tərəfindən 16 Əfv Sərəncamı imzalanıb. Bu sərəncamların nəzərdə tutulmuş qaydada reallaşdırılması isə sözügedən humanizm siyasətinin yüksək səviyyədə həyata keçirilməsini göstərən bariz nümunədir...
Yeri gəlmişkən, ötən ilin dekabr ayının 29-da Prezident İlham Əliyev tərəfindən məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi barədə Sərəncam imzalanması da bəhs edilən humanizm siyasətinin önəmli mərhələlərindən birini təşkil etməkdədir. Məlumat üçün qeyd edək ki, bu Sərəncam bütövlükdə 92 nəfərə şamil edilib. Onların 4 nəfəri qadın, 8 nəfəri isə əcnəbidir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 71 nəfər və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən 15 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. 1 nəfər isə ötən ilin fevralında aldığı şərti cəzadan tamamilə azad edilib. Cərimə cəzasına məhkum edilmiş 5 nəfər isə Prezidentin Sərəncamı ilə ödəməli olduğu məbləği ödəməyəcək...
Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Bu, öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05

