BMT Təhlükəsizlik Şurasında...
15.09.2022 [10:33]
Ermənistan və onun havadarlarının Azərbaycanı beynəlxalq müstəvidə ləkələmək cəhdləri baş tutmayacaq
Nardar BAYRAMLI
Fransanın təşəbbüsü ilə ötən gün BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələ müzakirəyə çıxarılıb. Hazırda BMT Təhlükəsizlik Şurasında daimi üzvlər olan Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa ilə yanaşı, Hindistan, İrlandiya, Meksika, Norveç, Qabon, Qana, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Albaniya da təmsil olunur.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin davam etdiyi zaman - 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra Rusiya, ABŞ və Fransa tərəfindən TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Bəyanat layihəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı. O zaman BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə layihəyə 1993-cü il qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdi. Lakin ABŞ, Fransa və Rusiya bunun qəbuledilməz olduğunu bildirmişdilər. Onların bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərməsinə baxmayaraq, Qoşulmama Hərəkatına üzv ölkələr prinsipial mövqe nümayiş etdirərək müvafiq qətnamələrə istinadın yer almasında təkid etmişdilər. Belə olan təqdirdə bəyanat müəllifləri geri çəkilməli olmuşdular.
BMT Təhlükəslik Şurasında ötən gün keçirilən müzakirələrə gəlincə, politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, sentyabrın 12-də gecə saatlarından başlayaraq davam edən gərginliyə görə məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, vurğulanmalıdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş son görüşdən sonra Laçın, Kəlbəcər, Daşkəsən, Zəngilan və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulurdu. Nəticədə genişmiqyaslı təxribatlar baş verdi. Onun sözlərinə görə, Ermənistan bu təxribatları törətməklə informasiya müharibəsi seqmentində, eləcə də siyasi-diplomatik sahədə üstünlüklər əldə etməyə çalışır. Bununla da Azərbaycana qarşı siyasi təzyiqləri davam etməkdə maraqlıdır. Bu xüsusda Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması diqqəti cəlb edir.
Politoloq hesab edir ki, BMT Təhlükəsizlik Şurası regionda baş verən proseslərə diqqətlə nəzər salmalıdır: “Çünki Ermənistan tərəfi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, 10 noyabr üçtərəfli bəyanatı pozur. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi zonasında hələ də qanunsuz erməni hərbi birləşmələri qalmaqdadır. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin maneəsiz hərəkəti ilə bağlı 9-cu maddə icra olunmur. Digər məsələlər də var ki, hələ də açıq olaraq qalır. Humanitar məsələlərə gəlincə, Ermənistan tərəfindən verilən mina xəritələri yanlışdır. Eləcə də, Birinci Qarabağ müharibəsində itkin düşən və əsir götürülən dörd minə yaxın vətəndaşımızın taleyi haqqında məlumatların verilməsi öhdəlikləri də rəsmi İrəvan tərəfindən yerinə yetirilmir. Əslində, bu məsələlərlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağırılmalı və Ermənistan beynəlxalq ictimaiyyət qarşısında qınanmalıdır. Amma bunun əvəzində müəyyən dairələr Azərbaycanı sanki günahkar çıxarmağa çalışırlar. Bu, dünyanın ikili standartlar siyasətindən əziyyət çəkməsi və qərəzli münasibətin təzahürüdür. Düşünürəm ki, budəfəki müzakirələrdə də Böyük Britaniya haqqın tərəfindədir”.
İ.Hüseynovun fikrincə, 10 noyabr bəyanatının müəlliflərindən biri kimi Rusiya da Ermənistanın destruktiv fəaliyy?tinə qiymət verməlidir: “BMT Təhlükəsizlik Şurasının iclasını çağıran Fransa isə hələ Vətən müharibəsi zamanı ölkəmizə qarşı obyektiv olmadı, işğalçı Ermənistanın tərəfini tutdu. Bu gün də Fransa cəmiyyətində erməni təəssübkeşliyi davam edir. Düşünürəm ki, Ermənistan və onun havadarlarının Azərbaycanı beynəlxalq müstəvidə ləkələmək cəhdləri bundan sonra da baş tutmayacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

