Paşinyan niyə sözünü dandı?
16.09.2022 [10:26]
Erməni baş nazir daxili aqressiyanı azaltmağa çalışır
P.İsmayılov
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də parlamentdə keçirdiyi brifinq zamanı Azərbaycanla sülhü təmin edəcək sənədi imzalayacağını bildirmişdi. O, hətta pafosa üstünlük verərək, başına nələrin gələcəyi ilə maraqlanmadığını, onu yalnız Ermənistanın gələcəyinin maraqlandırdığını demişdi. Amma az keçməmiş, baş nazir sözünü dandı. O, sülh müqaviləsinin imzalanmayacağını bildirib. Bu barədə o, özünün sosial media hesabında yaydığı müraciətdə deyib. “Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, dost olmayan xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”, - Paşinyan ermənilərə səslənib və onları təşvişə düşməməyə çağırıb.
Paşinyanın sənəd imzalayacağını bəyan etməsinin ardından Ermənistanda vəziyyət gərginləşmişdi. İrəvanda, Gümrüdə etiraz aksiyaları keçirilmişdi. Hətta etirazçılar parlament və hökumət binasına girməyə cəhd etmişdilər. Bunun ardından, Paşinyanın öz sözünü danması isə daxili auditoriyanı sakitləşdirmək xarakteri daşıyır. Özünü qorumaq üçün “sənəd imzalamayacağam” deyən Paşinyanın hədəfi artan daxili emosiyaların aşağı düşməsinə hesablanıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bir sıra məsələlərə, o cümlədən sənəd imzalanması məsələsinə də toxunmuşdu. O vurğulayıb ki, Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlar həm də Nikol Paşinyanın hakimiyyətini laxladır: “Bu, onun hakimiyyətdən getməsini sürətləndirir. Təbii ki, kənar qüvvələrin də bu prosesdə aktiv iştirakı var. Nikol Paşinyan həm də siyasi avantüralara gedən bir şəxs olduğunu özünün 4 illik hakimiyyəti dövründə göstərib. Eyni zamanda, sülh müqaviləsini özündə əks etdirən sənədə imza atacağı ilə bağlı fikirdən sonra İrəvanda, Gümrüdə insanlar küçələrə çıxdılar, Ermənistanın parlament və hökumət binasına daxil olmağa çalışdılar. Hətta Ermənistanın daxilində olan müxalif qüvvələr belə Paşinyanın impiçmentini tələb edirdilər. Cəmi 18 deputatın səsi kifayət idi ki, həmin gecə ərzində parlament səs çoxluğu ilə Nikol Paşinyanın istefasını qəbul etsin. Bu, Paşinyan üçün tamamilə təhlükəli tendensiyalardan xəbər verir”.
Politoloqun fikrincə, istənilən halda xalqın düşüncəsini manipulyasiya etməyi bacaran Nikol Paşinyan hakimiyyətə küçədən gəldiyini bir daha sübut edir. Müxtəlif impulslar vasitəsilə həm ictimai rəyi öyrənir, həm bu ictimai rəyi hazırlayır, həm də ictimai rəyi özü üçün, öz məqsədi üçün istifadə edir. Kütlə psix?logiyası üzərində Nikol Paşinyanın çox yüksək təlimlər keçdiyi də açıq-aydın şəkildə özünü göstərir. Görünür, Sorosun yetirməsi kimi o, bu təlimlərdə yaxşı dərslər alıb. “Eyni zamanda, Paşinyanın bu çıxışı hakimiyyət daxilində olan qüvvələri də böyük təlaşa salmışdı. Bunun nəticəsidir ki, Ermənistanın təhlükəsizlik xidməti Nikol Paşinyanın çıxışının təhrif olunduğu ilə bağlı izahatverici material dərc elətdirib. Bu, sanki Ermənistanın təhlükəsizlik xidmətinin Nikol Paşinyanın mətbuat katibi rolunu oynaması, onun dəftərxanasının funksiyalarını icra etməsi təəssüratını yaradır. Təhlükəsizlik xidməti təhlükəsizliyə məsul olmalıdır. Amma görürük ki, bu qurum Paşinyanın çıxışlarını redaktə və korrektə etməklə məşğuldur. Çünki Paşinyana qarşı ciddi şəkildə təzyiqlər hərəkətə keçdi. Bu təzyiqlər həm də Paşinyanın hakimiyyətdən getməsi işartılarını da üzə çıxarır. Eyni zamanda, Paşinyan anlayır ki, sülh müqaviləsini imzalamaq qaçılmazdır. Lakin sülh müqaviləsinin imzalanmasından sonra Nikol Paşinyanın siyasi iqtidarının vəziyyəti nədən ibarət olacaq, bu, onun özü üçün də böyük sualdır. Bu suala isə Paşinyanın özü cavab verməlidir. 10 noyabr Bəyanatını imzalayan Paşinyan məsuliyyətini dərk etməlidir və Azərbaycanla sülh müqaviləsini imzalayaraq ərazi bütövlüyümüzü qəbul etməlidir. Sərhədlərin delimitasiyası və iqtisadi əlaqələrin bərpası ən önəmli prioritetdir. Bu gün bir sıra güc mərkəzləri bu proseslərin sürətləndirilməsində maraqlıdır. Nikol Paşinyan da düşdüyü bu çətin vəziyyətdən çıxmaq haqqında düşünmək əvəzinə sülhü və regional təhlükəsizliyi gücləndirmək istiqamətində öz gücünü və resurslarını səfərbər etməlidir”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

