Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ordumuzun gücü və peşəkarlığı...

Ordumuzun gücü və peşəkarlığı...

22.09.2022 [10:12]

Ermənistan gücləndirilmiş bunkerlər və postlar qursa da, qəhrəman hərbçilərimiz tərəfindən qısa müddətdə neytrallaşdırılıb

Nardar BAYRAMLI

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu mühüm yer tutur. Bu gün ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Artıq Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 12-14 sentyabrda dövlət sərhədində silahlı qüvələrimizin yüksək peşəkarlıqla Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alması bir daha ordumuzun gücündən xəbər verir.

Azərbaycan Ordusunun gecə şəraitində yüksək dağlıq ərazidə uğurlu hərbi əməliyyat aparması hərbçilərimizin peşəkarlığının göstəricisidir. Nəzərə almaq lazımdır ki, gecə şəraitində 3000 metr yüksəklikdə dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi hərbi imkanlar heç əksər NATO ölkələrində də yoxdur.  Həmin ərazilərdə Ermənistan gücləndirilmiş bunkerlər və postlar qursa da, qəhrəman hərbçilərimiz tərəfindən onlar qısa müddətdə neytrallaşdırıldı. Təxribatların qarşısını alarkən, şəhid və yaralanan zabit və əsgərlərimizin əsasən güllə yarasına tuş gəldikləri məlum olub. Bu da yaxın məsafadə döyüşün baş verməsindən xəbər verir. Döyüşlərdə Ermənistan hərbi birləşmələri darmadağın edilib. Belə ki, Media Təhlil Mərkəzinin açıqladığı məlumata görə,  sentyabrın 12-14-də ordumuz təxribatların qarşısını alarkən Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 “Kamaz”, 1 “Ural”, 1 UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14 min 500 ədəd döyüş sursatı və həmçinin müəyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib. Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb. Eləcə də,  74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb. Ermənistan tərəfi 450 nəfərədək canlı qüvvə itirib. Bütün bunlar isə müzəffər ordumuzun gücündən xəbər verir.

Ümumiyyətlə, qazanılan hərbi nailiyyətlərin əsasında ötən illər ərzində ordu quruculuğu sahəsində görülən işlər dayanır. Məlumdur ki, müstəqil Azərbaycanda peşəkar ordu quruculuğunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.  Bu gün isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.

Dünya Azərbaycan Ordusunun gücünü hələ 2016-cı ilin aprel ayında görmüşdü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini azad etdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi “Günnüt” əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Eləcə də, tariximizə “Tovuz döyüşləri” kimi daxil olan hadisə isə qələbəmizə aparan yolun başlanğıcı oldu. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən 44 g?nlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, 30 illik erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında  misilsiz qəhrəmanlığı ilə qazanıldı. Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.  2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı “Azadlıq” meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi.

Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılıb, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bu müddət ərzində erməni tərəfinin təxribatlarının qarşısı qətiyyətlə alınıb. 12-14 sentyabrda baş verənlər bunu bir daha təsdiqləyir. Ermənistan tərəfi unutmamalıdır ki, dəmir yumruq həmişə onların başının üzərindədir!

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31