Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİN Beynəlxalq Ədalət Məhkəməsinə yeni müraciət təqdim edib

XİN Beynəlxalq Ədalət Məhkəməsinə yeni müraciət təqdim edib

24.09.2022 [10:25]

Azərbaycan bütün mümkün beynəlxalq mexanizmlərdən istifadə edəcək

PƏRVİZ

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 1965-ci il “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsinə yeni müraciət təqdim edib. Bununla bağlı yayılan açıqlamada bildirilir ki, ötən ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb. Məhkəmə Azərbaycanın verdiyi vəsatətlər əsasında 2021-ci ilin dekabrın 7-də Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib. Belə ki, məhkəmə Ermənistana Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib.

Məlumatda vurğulanır ki, məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırılması ilə bağlı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlar olub.

Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam edib, ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməyib, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdiriblər. “Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olub. Eyni zamanda, Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçməzdən öncə işğal dönəmində orada qanunsuz məskunlaşmış erməni əsilli şəxslər xalqımıza qarşı etnik nifrətlərini azərbaycanlılara məxsus olmuş evlərin yandırılması, meşələrin məhv edilməsi ilə nümayişkaranə şəkildə göstəriblər. Ermənistan hökuməti bu halların qarşısını almaq və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində bu günədək heç bir əməli tədbir görməyib”, -deyə açıqlamada bildirilir. XİN onu da bildirib ki, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunub. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir: “Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilib. Azərbaycan Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək”.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ötən il Haaqa məhkəməsi Azərbaycanın iddiası əsasında qərar çıxardı və bu qərarda Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə ayrı-seçkilik törətməkdə ittiham olundu: “Ermənistan Azərbaycana qarşı “hərbi əsirlərin dərhal qaytarılması ilə bağlı” əsas iddiasını təmin etmədi. Erməni tərəfinin “Hərbi Qənimətlər Parkının bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması” tələbi də təmin olunmadı. Məhkəmənin fikrincə, Ermənistan bu məsələlərlə bağlı əsaslandırılmış sübutlar təqdim edə bilməmişdi. Bunun qarşılığında, Ermənistana qarşı müvəqqəti tədbirlər çərçivəsində bu ölkənin azərbaycanlılara qarşı milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyi bildirildi”.

Politoloq qeyd edib ki, müvəqqəti müdafiə tədbirlərinin göstərilməsi haqqında Azərbaycan Respublikasının 23 sentyabr 2021-ci il tarixli vəsatətində ölkəmiz məhkəmədən bir sıra müvəqqəti tədbirlərin görülməsini xahiş etmişdi. Bu tədbirlərin sırasına Ermənistanın Azərbaycanın öz ərazisində təhlükəsiz və effektiv minatəmizləmə aparması üçün lazımi addımlar atmağa borclu olması, Azərbaycan ərazisində minaların yeri və xüsusiyyətləri barədə hərtərəfli və dəqiq məlumat verməsi, Ermənistanın dərhal dayanmalı və Azərbaycan ərazisinə yeni minalar qoymaqla azərbaycanlıların həyatını təhlükəyə atmaqdan çəkinməli olması kimi məsələlər yer almışdı. “Aradan keçən müddət ərzində Ermənistan bu istiqamətdə vəziyyəti yaxşılaşdıracaq heç bir addım atmayıb. Əksinə, vəziyyəti daha da çətinləşdirib. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın verdiyi vəsatətlər əsasında Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib. Məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək qərarı çıxarıb. Ölkəmiz Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların  məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı xeyli fakt təqdim edib. Onu demək kifayət edir ki, cari ilin aprel ayından başlayaraq Ermənistanda ölkədaxili nümayişlər zamanı səsləndirilən və azərbaycanlılara qarşı yönəlmiş əsas şüar “Türksüz Ermənistan” olub. Azərbaycan Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə - ekoloji, təbii resurslara qarşı edilən, o cümlədən müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək”, - deyə Y.Hacıyeva əlavə edib.

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31