/ / İnhisarçılığa qarşı mübarizə tədbirlərinə baxmayaraq, bir sıra ticarət məntəqələrində qiymətlər süni şəkildə artırılır
İnhisarçılığa qarşı mübarizə tədbirlərinə baxmayaraq, bir sıra ticarət məntəqələrində qiymətlər süni şəkildə artırılır
07.02.2011 [10:19]
Məlum olduğu kimi, son günlər dövlət strukturları tərəfindən süni qiymət artımına və inhisarçılığa qarşı mübarizə tədbirləri gücləndirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün səlahiyyətli qurumlar, xüsusilə də, istehlak bazarı ilə birbaşa bağlı olan strukturlar inhisarçılıq və süni qiymət artımı meyillərinin qarşısını qətiyyətlə almaq, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirmək, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etmək üçün nəzarəti gücləndiriblər.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev iqtisadi və sosial fəaliyyət sahələrində qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, əsassız yoxlamaların aparılmaması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin qarşısını alınması və digər hallarla bağlı aidiyyəti orqanlara xəbərdarlıq edib: “Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə, hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
Bütün bunlara baxmayaraq son 2 gündə bəzi ticarət mərkəzlərində və mağazalarda işbazlar tərəfindən yenə də süni qiymət artımlarına yol verilir. Həmin işbazlar qiymətləri əsassız şəkildə artırmaqla inhisarçılıq əməllərini davam etdirirlər. Paytaxtın bəzi market və pərakəndə satış məntəqələrində ərzaq mallarının qiymətlərində yenidən bahalaşma baş verib. Məsələn, son 2 gündə şəkər tozunun, kərə yağının, qənnadı məmulatlarının qiymətlərində 5-7 faizlik artım müşahidə olunur. 1 kq şəkər tozu 2 gün əvvəl 1 manata satılırdısa, hazırda 1 manat 5 - 1 manat 10 qəpik arasında dəyişir. Bu, təxminən 7-8 faizlik qiymət artımı deməkdir. Qeyd edək ki, şəkər tozunun bahalaşması ötən ilin iyun ayından başlayaraq qeydə alınmaqdadır. Adətən, yay aylarında bu məhsula tələbat artdığından qiymət artımları baş verir, amma indiki halda bahalaşmanın baş verməsi sadəcə inhisarçılıqla bağlı ola bilər. Onu da xatırladaq ki, ölkəmizin şəkərə olan ehtiyacı yerli istehsal hesabına ödənilir, hətta bu məhsulun bir hissəsi xaricə də ixrac olunur. 2010-cu ildə respublikamızda ən çox artım da, məhz, şəkər çuğunduru istehsalında qeydə alınıb (33,6 faiz). Amma buna baxmayaraq, həm şəkər tozu, həm də qəndin satış qiyməti 30 faizdən də çox artıb. Yəni, yerli istehsal tələbatı tam ödədiyi və fermerlərdən alınan şəkər çuğundurunun satış qiymətlərinin aşağı salındığı (?) halda, heç bir iqtisadi faktor olmadan bu məhsulun bahalaşması süni qiymət artımından başqa bir şey deyil!
Digər ərzaq məhsullarının da qiymətlərinin artımı bazar qanunauyğunluqlarının nəticəsi deyil, yəni bahalaşma tələb-təklif münasibətlərindən yaranan tendensiya hesab oluna bilməz. Məsələn, kərə yağının son 2 gündə 6 manatdan 6 manat 40 qəpiyə (bəzi növ kərə yağlarının qiyməti 7 manatı da keçib) kimi qalxması sırf inhisarçılığın əlamətidir. Qeyd edək ki, bu cür halları bir müddət əvvəl Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev də etiraf edib. Komitə sədri ölkəmizdə əsas istehlak məhsullarının istehsalının xeyli artmasının müqabilində bahalaşmanın başadüşülən olmadığını bəyan edib.
İstehlak bazarında süni qiymət artımlarına yol verən işbazlar bir daha başa düşməlidirlər ki, bu cür əməllərə qarşı ən sərt tədbirlər görülə bilər. Yəni, qanuna əsasən, onlar barəsində ən ciddi cəza tədbirlərinin görülməsi mümkündür. Bu şəxslər anlamalıdırlar ki, inhisarçılıq korrupsiyaya və rüşvətxorluğa yol açan meyillərdən hesab olunur. Hökumət süni qiymət artımına rəvac verə biləcək faktorların qarşısının alınması üçün lazım olan bütün tədbirlərin görülməsini aidiyyəti orqanların qarşısında başlıca vəzifə kimi qoyub. Ona görə də, səlahiyyətli orqanlar artıq mövcud vəziyyətə qarşı barışmaz mövqe tutaraq işbazların bu cür qanunsuzluqlarına son qoymalıdır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

