Əlaqələndirmə Qərargahı əhalinin azad edilmiş ərazilərə qayıdışını müzakirə edib
22.11.2022 [18:23]
Noyabrın 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Qərargahın ötən ikiillik fəaliyyətinin qiymətləndirilməsi və qarşıda duran yeni vəzifələr, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı məsələlər, habelə əhalinin Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərə tezliklə qayıdışı ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının icrasına dair son vəziyyət və digər məsələlər daxil edilib.
İclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı, o cümlədən Laçın və Şuşa şəhərlərindəki son çıxışlarından irəli gələn tapşırıqlara toxunub. Qərargahın ötən ikiillik fəaliyyətinin nəticələrindən irəli gələrək, keyfiyyət, səmərəlilik, operativlik və dayanıqlılıq prinsiplərinin daim rəhbər tutulmasının, qurumlararası əlaqələndirmə və əməkdaşlığın daha da gücləndirilməsinin, hər bir layihə ilə bağlı hərtərəfli planlaşdırma, proqnozlaşdırma və risklərin qiymətləndirilməsi işinin aparılmasının, habelə görülən işlərlə bağlı səmərəli nəzarət və monitorinq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
Qərargahın rəhbəri ekosidə, urbisidə və etnosidə məruz qalmış ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz daxili imkanları ilə post-konflikt quruculuğunun dünya üçün nümunə olan uğurlu bir modelini ortaya qoyduğunu qeyd edib.
Sonra iclasda Əlaqələndirmə Qərargahının gündəliyində dayanan cari məsələlərlə bağlı məruzələr dinlənilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Laçın şəhərinə, Zabux və Sus kəndlərinə əhalinin 2023-cü il ərzində qayıdışı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq Laçın ərazisinə dərhal bir neçə işçi qrupu ezam edilib və ərazidə minadan təmizləmə, inventarlaşdırma, ilkin qiymətləndirmə və layihələndirmə işlərinin ardınca genişmiqyaslı yenidənqurma və bərpa işləri artıq başlanılıb.
Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə məruzələr təqdim edilib.
İclasın gündəliyinə uyğun olaraq, ərazilərdəki şəhərsalma məsələləri və planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı işlərin cari vəziyyəti müzakirə edilib, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri müvafiq ərazilərdə həyata keçirilən layihələrin icrasının gedişatı barədə məlumat veriblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

