İlin sonunadək növbəti görüş...
17.12.2022 [11:03]
Xarici işlər nazirləri sülh sazişini müzakirə edəcəklər
Nardar BAYRAMLI
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir. Sazişlə əlaqədar bu ilin sonuna qədər hər iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, Azərbaycanın təşəbbüsü ilə sülh sazişi üçün beş baza prinsipi elan olunub. Oktyabrın 2-də bu mövzu ilə bağlı danışıqlarda məhz Azərbaycanın təqdim etdiyi layihə üzrə işlərə başlanmışdı. “Bütün təşəbbüslər bizim tərəfimizdən gəlib. Noyabrın 7-də Vaşinqtonda görüş keçirilib. Ondan iki həftə sonra Azərbaycan tərəfi özünün növbəti təklifini Ermənistan tərəfinə göndərib. Bizim aramızda ilkin ünsiyyət olub. Bu ayın sonunadək başda Ermənistanın xarici işlər naziri olmaqla, Ermənistan nümayəndə heyəti ilə yenidən görüşüb danışıqlar aparmaq planlarımız var”, - deyə C.Bayramov qeyd edib. Amma nazir görüşün harda keçiriləcəyini açıqlamayıb.
Gözlənilən növbəti görüş sülh sazişinin imzalanması üçün irəliyə doğru addım ola biləcəkmi? Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, hazırda Cənubi Qafqazda sülh, sabitlik-təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Şübhəsiz ki, sülh müqaviləsinin imzalanması vacibdir. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib: “Beş bənddən ibarət olan baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Müzakirələrin gedişində tərəflər layihəyə əlavə təkliflərini də veriblər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır”.
Millət vəkili qeyd edib ki, rəsmi İrəvan bu təklifləri qəbul etdiklərini deyir, amma əməldə sülhə maraqlı görünmür. Lakin erməni tərəfinin sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Eləcə də, lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq rəsmi İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır. Lakin “zaman qazanmağa çalışmaq”, əslində, onlar üçün itki deməkdir. Çünki iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır.
Həmsöhbətimiz deyib ki, bu gün Ermənistan hər hansı şərtlər irəli sürəcək vəziyyətdə deyil. Bu yol da dalana dirənib. Əgər ermənilərin pozucu fəaliyyəti davam etsə, irəliləyiş olmayacaq, regionda sülhün bərpası yaxınlaşmayacaq. Bunun nə ilə nəticələnəcəyini isə erməni cəmiyyəti yaxşı bilir. Sülh yalnız o halda mümkündür ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Qanunsuz erməni hərbi dəstələri Qarabağdan tam çıxarılmalı, kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiyası aparılmalı və iki ölkənin ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsi imzalanmalıdır. “Bu elementlərin heç biri kənarda qalmamalıdır”, - deyən deputat qeyd edib ki, Ermənistan bu reallığı anlamalı, Azərbaycanın təqdim etdiyi elementlər üzrə sülh müqaviləsini imzalamalıdır. R.Məmmədov xatırladıb ki, indiyə qədər hər iki ölkənin xarici işlər nazirləri Rusiyada, ABŞ-da, eləcə də Brüsseldə və Cenevrədə görüşüblər. Bu görüşlər prosesin irəli aparılması baxımından əhəmiyyətlidir. Millət vəkili hesab edir ki, nazirlərin ilin sonuna qədər görüş keçirməsi də sülh sazişinin imzalanması prosesində irəliyə doğru addım ola bilər. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə, müsbət nəticələr əldə olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

