YAP, AK Parti və Milli Birlik Partiyası arasında üçtərəfli görüş keçirilib
19.12.2022 [16:04]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.
Bu ölkənin hakim siyasi partiyası olan Milli Birlik Partiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində partiyanın nümayəndə heyəti tərəfindən "Boğaz şəhidliyi" ziyarət edilib, 1974-cü ildə həyata keçirilən "Barış" hərəkatında şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub.
Daha sonra YAP, AK Parti və Milli Birlik Partiyası arasında üçtərəfli görüş keçirilib.
Milli Birlik Partiyasının Mərkəzi Qərargahında baş tutan görüşdə partiyalararası əməkdaşlığın önəmindən və perspektivlərindən bəhs edilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və Milli Birlik Partiyasının sədri, ŞKTC-nin Baş naziri Ünal Üstel Azərbaycanın tarixi Qələbəsi nəticəsində yaranmış yeni reallıqların fonunda və Türk dünyasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından sonra dost və qardaş xalqların hakim siyasi partiyalarının da yeni çağırışlarla üzləşdiklərini vurğulayıblar. Bu kontekstdə partiyalararası münasibətlərin inkişaf etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin əsas prioritetlərdən biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bugünkü üçtərəfli görüş yeni formatda işbirliyinin əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Milli maraqlara əsaslanan səmərəli fəaliyyət həyata keçirən hər üç partiyanın birgə təşəbbüsləri ortaq hədəflərə çatmağa imkan verəcək.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə olunub.
Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətində hakim koalisiyada yer alan Demokrat Partiyası və Yenidən Doğuş Partiyası ziyarət olunub.
Qeyd edək ki, YAP-ın nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri,YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

